İdman 28.01.2020 08:58

AFFA-da Konfrans və İK-nin iclası keçiriləcək

Bu gün AFFA-nın növbəti Konfransı və İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Rakus.az xəbər verir ki, tədbir saat 10:00-da “Bulvar otel”də baş tutacaq. Konfransda qurumun prezidenti seçiləcək.

Bu posta yeganə namizəd AFFA-nın hazırkı rəhbəri Rövnəq Abdullayevdir. O, assosiasiyanın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq namizədliyini irəli sürüb. Bunadək 2008, 2012 və 2016-cı illərdə qurumun prezidenti seçilən R.Abdullayev 4-cü dəfə eyni vəzifəyə namizəddir.

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçki keçiriləcək. Bura namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunub. Bunlar Regional Futbol Federasiyaları İctimai Birliyindən İsgəndər Cavadov (Qərb Regional Futbol Federasiyası), Kazbek Tuayev (Regional Futbol Federasiyaları İctimai Birliyi), Elxan Məmmədov (Şimal Regional Futbol Federasiyası), Peşəkar Futbol Liqası İctimai Birliyindən Zaur Axundov (“Keşlə”), Rauf Əliyev (“Səbail”), Vaqif Sadıqov (“Sumqayıt”), Elşad Nəsirov (“Neftçi”), Fərid Mansurov (Peşəkar Futbol Liqası), Sahə Futbol Federasiyaları İctimai Birliyindən Firudin Qurbanov (Tələbə Futbol Federasiyası), Mahir Məmmədov (Futzal Federasiyası), İctimai Futbol Təşkilatları İctimai Birliyindən Elmar Məmmədyarovla (Ümumazərbaycan Futbolsevərlər Birliyi) Könül Mehtiyevadır (İctimai Futbol Təşkilatları İctimai Birliyi).

Tədbirdə yeni vəzifənin – icraçı vitse-prezidentin kimliyinə də aydınlıq gələcək. Bu vəzifəyə indiki baş katib Elxan Məmmədov seçilsə, onun əvvəlki postuna təyinat da rəsmiləşəcək.

Konfransın ardından təşkil olunacaq İcraiyyə Komitəsi ilk dəfə 13 nəfərlə və yeni tərkibdə toplaşacaq. İclasın gündəliyində duran əsas məsələ isə Azərbaycan millisinin baş məşqçisi ilə bağlı olacaq.(apa.az)

XƏBƏR LENTİ
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO