AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Rakus.az xəbər verir ki, iyunun 3-də “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında keçiriləcək iclasın gündəliyinə iki mövzu daxil edilib.
Bunlar Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlərdir.