AFFA-nın növbədənkənar Konfransı işə başladı
Bu gün “Bulvar otel”də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.
Rakus.az xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxacaq, eləcə də digər məsələləri müzakirə edəcəklər.
AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransda çıxış edib. O, Azərbaycan idmançılarının xalqımızı sevindirəcəklərinə inam ifadə edib: “2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir. Bu il ölkəmiz üçün maraqlı olacaq. Həm AVRO-2020, həm də Tokio Yay Olimpiya Oyunları keçiriləcək”.
R.Abdullayev Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.
Xatırladaq ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.