AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Rakus.az xəbər verir ki, o, qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Albaniya – Şotlandiya qarşılaşmasında iş başında olacaq.
Belə ki, noyabrın 8-də “Elbasan Arena”da baş tutacaq matçda Könül Mehtiyeva UEFA nümayəndəsi olacaq.