İdman 28.03.2019 17:53

AFFA oyundan razı qaldı – Yurçeviç

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.

Rakus.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Avro-2020″nin seçmə mərhələsində xorvatlara qarşı oyundan, eyni zamanda Litva ilə yoldaşlıq matçından danışıb.

– Səfərdə Xorvatiyaya qarşı uğurlu oyununuzu necə şərh edərdiniz?

– Bu, 3 aspektdə nəzərdən keçirilməlidir. Birincisi, bu fakt yalnız indiki yox, hələ mənim oynadığım və məşqçi işlədiyim dövrdəki nəsilə də aiddir ki, Xorvatiya böyük turnirlə müqayisədə seçmə mərhələdə elə də yaxşı çıxış edə bilmir. Çünki belə matçlarda xorvatlar adətən favorit hesab olunurlar ki, bu da sonda onların özlərinə mənfi, rəqib komandalara isə müsbət təsir edir. İkincisi, motivasiyadır. Hansı ki, biz oyuna 200 faizlik köklənmə ilə çıxmışdıq. Üçüncüsü isə oyun aspektidir.

– Burada sizin Xorvatiya millisini yaxşı tanımağınız da rol oynadımı?

– Xorvatiya ötən yay Rusiyada keçirilən dünya çempionatında qeyri-adi enerji və fantastik keçidlər hesabına ən təhlükəli rəqiblərdən sayılırdı. Bilirdim ki, müdafiə xəttimiz etibarlı oynasa, rəqibə çətinlik yaşada bilərik. Biz həmin oyunda 5-6 dəfə bunu etdik. Xorvatiyanın qapısına bir dəfə yol tapdıq, amma yenə qol vura bilərdik.

– Oyunçularınıza daha çox nəyə diqqət etməyi tapşırdınız?

– Əsas məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də oyunun sonlarında futbolçularımız tamam əldən düşmüşdülər. Onlar Perişiç, Barişiç və digərlərinin cinahlarını bağlaya bilmişdilər. Xorvatlar sonda Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki biz oyundan əvvəl bu futbolçu ilə bağlı da xəbərdarlıq etmişdik. Amma tapşırıqların hamısını yerinə yetirmək mümkünsüzdür. İkinci qolu məhz Kramariçin dahiliyinə görə buraxdıq.

– Xorvatiyanın Azərbaycanla oyundan 3 gün sonra səfərdə Macarıstana uduzması sizi təəccübləndirdi?

– Təəccübləndim. Oyunu izlədiyimdən hər şeyin necə baş verdiyini gördüm. Xorvatiya hesabı açdıqdan sonra futbolçulara elə gəldi ki, hər şey onların nəzarəti altındadır. Macarları yaxşı tanıyıram. Onlar qol buraxanda çox aqressiv olurlar. Mən indiyə qədər onların bu cür ruh yüksəkliyi ilə oynadığını görməmişdim. Azarkeşlərlə oyunçular arasında qarşılıqlı əlaqə möhtəşəm idi. Təəssüf ki, bizdə bu yox idi. Bir xorvat futbolçunun üstünə 3-4 nəfər macar oyunçu gedirdi. Adətən uduzanda etmək istədiklərin alınmır. Macarıstanlı futbolçuların istəyi daha çox idi və bu, komandalar arasındakı səviyyə fərqini azaltdı. Belədə isə ustalığın da sənə kömək etmir. Ancaq panika üçün səbəb yoxdur. Bu, xəbərdarlıq idi. Problem ondadır ki, bizim azarkeşlərimiz öz rəqiblərinə üstdən aşağı baxırlar. Bu, bir daha göstərdi ki, hər şey heç də asan olmayacaq. Seçmə mərhələnin sonlarına doğru Xorvatiyanı böyük oyunlar gözləyir. Ehtiyatlı olmalı, sabitliyi və komanda daxilində ab-havanı qoruyub saxlamalıdırlar. Xorvatiya böyük uğurlardan sonra eniş yaşayan ilk komanda deyil.

– Azərbaycan yoldaşlıq oyununda Litva ilə qolsuz bərabərə qaldı…

– Yerli federasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan razı qalıb. Azərbaycan futbolu tarixinin ən böyük sensasiyasını gerçəkləşdirə bilməməyimiz təəssüf doğurdu. Komandada yaxşı atmosfer yaratmaq vacibdir. Litvanı məğlub etməliydik. Amma hər şey qaydasındadır. Hər bir komanda üçün güclü rəqib olmağa çalışacağıq. (qol.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO