AFFA rəhbərliyi qalibləri mükafatlandırdı - FOTO - VİDEO
Azərbaycan Premyer Liqasının sonuncu – 28-ci turunun “Neftçi” – “Qarabağ” oyunundan (2:3) sonra mükafatlandırma mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, “Bakcel Arena”dakı tədbirdə əvvəlcə mövsümü 3-cü pillədə başa vuran “Səbail”ə bürünc medallar təqdim olunub. Ardınca gümüş medalçı “Neftçi” mükafatlandırılıb.
Sonda isə səhnəyə “Qarabağ” klubu dəvət olunub. Ağdam təmsilçisi qızıl medallarını aldıqdan sonra kapitan Rəşad Sadıqov çempionluq kubokunu 2 ay öncə komandadan ayrılan, ancaq birinciliyi qeyd etmək üçün Bakıya gələn Ansi Aqolliyə verib. Albaniyalı futbolçu isə kuboku başı üzərinə qaldırıb.
Xatırladaq ki, mükafatları AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.