İqtisadi 17.06.2019 11:25

Ağalarov bu sahələrə investisiya yatırmağı təklif edir

“Crocus Group”un sahibi Araz Ağalarov Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətləri daha fəal şəkildə inkişaf etdirməyə çağırıb.

Rakus.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu iş adamı Türkiyədə dərc olunan “Medya Günlüğü” nəşrinə müsahibəsində deyib:

“Türkiyə ilə Rusiya arasında möhkəm ticarət-iqtisadi münasibətlər var. Mənə məlum olduğu kimi, ikitərəfli mal dövriyyəsi artmaqda davam edir. Lakin düşünürəm ki, Türkiyə şirkətləri Rusiyada fəal olmalıdırlar. Hələlik Türkiyə şirkətləri Rusiya bazarında bütün potensialdan istifadə edə bilmirlər. Halbuki, potensial çox böyükdür”.

İş adamı qeyd edib ki, Türkiyə mallarına yüksək rüsumlar tətbiq edilir və onların optimallaşdırılması mexanizmi barədə düşünmək zəruridir:

“Türkiyədən yardımçı avadanlıq gətirərək Rusiyadakı zavodda istehsalla məşğul olmaq olar. Belə olan halda həm rüsumlar, həm də xərclər az olacaq. Bu cür investisiyalar sayəsində biz ikitərəfli mal dövriyyəsini artıra bilərik. Bu, metodlardan biridir. Məsələn, tikiş istehsalatı da qurmaq olar. Parçaları Türkiyədən gətirib burada məhsul istehsal etmək mümkündür. Beləliklə, bir çox metodlardan istifadə edərək həm iki ölkə arasında mal dövriyyəsini, həm də Rusiyada daxili istehsalı artırmaq olar”.

Ağalarov əlavə edib ki, Türkiyənin qida və xalq istehlak malları baxımından potensialı daha yüksəkdir. Eyni zamanda, Türkiyə kənd təsərrüfatı sahəsində Rusiya ilə daha məhsuldar əməkdaşlıq edə bilər:

“Misal üçün, Rusiyanın cənubunda – Rostov vilayətində, Krasnodar və Stavropol diyarlarında Türkiyə texnologiyalarından istifadə etməklə birgə müəssisələr yaradıla bilər. Çox məhsuldar torpaqlar var. Tarixdən bir misal çəkmək istəyirəm. Müharibə illərində alman nasistləri Voronej vilayətindən torpağı qatarlarla Almaniyaya daşıyırdılar. Voronej qaratorpağının keyfiyyəti bütün dünyada məşhurdur. Türkiyə texnologiyalarının tətbiqi ilə Voronej vilayətində istixana müəssisələrinin açılması yaxşı olardı. Biz Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsindən yararlanmalıyıq. Sonra isə həmin kənd təsərrüfatı məhsullarını həm Rusiyanın özündə, həm də xaricdə sata bilərik”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO