Hərbi 05.01.2021 16:00

Ağdamda birgə hazırlıq kursları başladı

Azərbaycan və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin (FHN) əməkdaşları Ağdam rayonunda birgə hazırlıq kurslarına başlayıblar.

Rakus.az xəbər verir ki, Azərbaycan FHN-in Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində işğaldan azad olan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı istifadə olunacaq texnikalara baxış keçirilib.

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyin xüsusi texnika və avadanlıqlarla təchiz olunmuş 20 nəfərdən ibarət şəxsi heyəti Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzində yerləşib. Artıq ərazilərin minalardan təmizlənməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir. Hazırlıq işləri başa çatdıqdan sonra həmin əməkdaşlar FHN-in əməkdaşları ilə birlikdə Ağdam rayonunun ərazisində ayrılmış 100 hektar ərazini minalardan və partlamamış sursatlardan təmizlənmə əməliyyatlarına başlayacaqlar. Eyni zamanda, Rusiyadan gəlmiş mütəxəssislər FHN-in müvafiq qurumlarının 30 nəfərdən ibarət şəxsi heyəti üçün hazırlıq kurslarına başlayıb. Kurslar başa çatdıqdan sonra nazirliyin əməkdaşlarına müvafiq sertifikatlar təqdim ediləcək.

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə deyib: “Üçtərəfli razılaşmaya uyğun olaraq Azərbaycan tərəfinə qaytarılan ərazilərin minalardan təmizlənməsi məqsədilə yanvarın 4-də 20 nəfərlik heyətlə gəlmişik. Qrup humanitar minatəmizləmə əməliyyatlarını icra etmək üçün lazımi texniki avadanlıqlarla təchiz olunub”.

A.Savvin qeyd edib ki, üç ay müddətində humanitar minatəmizləmə əməliyyatı icra ediləcək, zərurət olacağı təqdirdə isə razılaşma əsasında bu müddət uzadıla bilər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO