Maraqlı 15.06.2024 22:19

Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Aşıq Ələsgərin yurdunun tarixi, irsi” adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Ağkilsə  kəndinin tarixi, etno-mədəniyyəti, abidələri, toponimləri və irsi araşdırılıb.

Bildirilir ki, Ağkilsə kəndinin yaranma tarixi XVI əsrin əvvəlinə, yəni 1610-cu ilə təsadüf edir. Kəndin bünövrəsi Cənubi Arərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaşlar tərəfindən salınıb. Qardaşlar Göyçə mahalının ozan (aşıq) məktəbinin banilərindən biri olan Aşıq Ələsgərin təmsil etdiyi Alməmmədlilər tayfasının sakinləri ilə xala oğludurlar.

Məşədi Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzun müddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə, Göyçə mahalına gələrək, indiki Ağkilsə kəndində III-V əsrlərdə yaşamış albanların tarixindən bəhs edən Ağkilsəni özlərinə yaşayış yeri seçərək orda məskunlaşıb yaşayıblar. Kəndin ilk adının Ağkilsə adlandırılması da oradan yaranıb.

Qeyd olunur ki, rayon mərkəzindən 16 kilometr məsafədə yerləşən kəndin yarandığı ilk gündən 1988-ci ilin dekabırına qədər iki dəfə dəyişdirilib. Kəndin ilk adı 1975-ci ilin yanvarın 3-nə qədər Ağkilsə, ikici adı isə 1988-ci ilin dekabrına qədər Azad olub. Bu ad erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində qoyulub. Kəndin ərazisində adları türk toponimlərdən ibarət çox gəzməli və mənzərəli qədim yurd yerləri var. Burada aparılan arxeoloji qazıntılar zamanı üç-dörd mərtəbəli qəbirlər tapılıb.

Süjetdə qədim Bəzirxana üzərində müəmmalı yazının sirrinə, Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısına, yayda qar yağan zaman bəzirxan sənayesinin necə məhv olmasına, yayda yağan qarın kətan yağı ilə məşğul olanları müflis etməsinə, ermənilərin Ağ  kilsəni necə dağıtmasına, həmçinin Aşıq Ələsgərin evinə ermənilərin niyə od vurmasına və digər məqamlara aydınlıq gətirilir.

Sonda ermənilərin Ağkilsəyə girə bilmədiyi üçün kəndə rus ordusunun  daxil olaraq azərbaycanlıları çıxarması da diqqətə çatdırılır.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 15-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 12.12.2025 17:05
Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi, Sosial / 12.12.2025 13:22
“Ata yurdunu görmək üçün Allahdan möhlət istəyirəm” – Sabir Mirzəyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Gündəm / 12.12.2025 10:44
İlham Əliyev və Mehriban Əliyeva ulu öndərin məzarını ziyarət ediblər - VİDEO
Gündəm / 12.12.2025 00:06
Ulu öndər Heydər Əliyevin vəfatından 22 il ötür
Siyasi, Təhlil / 11.12.2025 22:34
“Paşinyan azərbaycanlıların qayıdışına görə kilsəni sıradan çıxarır” - FOTO - VİDEO
Siyasi / 11.12.2025 14:22
İrəvana təqdim olunan tələb – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 10.12.2025 23:22
“Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub” - VİDEO
Elm və təhsil / 10.12.2025 14:19
Tarixi sənədlər və Rusiyanın Qafqaz niyyətləri – ANONS - VİDEO
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO