Ağstaga və İmişliyə yeni rəhbər qoyuldu – SƏRƏNCAM
Prezident İlham Əliyev Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Rakus.az xəbər verir ki, sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan əlavə, dövlət başçısı digər sərəncamı ilə Elçin Adil oğlu Rzayevi İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev DTX-nın keçən ilin dekabr ayında keçirdiyi əməliyyat zamanı həbs olunub. Daha sonra o, vəzifəsindən azad edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.