Gündəm 14.05.2019 00:06

BƏYANAT tərəfləri qane etmədi və yalnız Moqerini imzaladı

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri və “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkənin birgə yubiley bəyanatı Azərbaycanın mövqeyinə görə yalnız Aİ-nin xarici işlər komissarı Federika Moqerini tərəfindən imzalanıb.

Rakus.az xəbər verir ki,  Aİ ilə daha yaxın münasibətlərə yol açan “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycandan başqa, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Avropa İttifaqındakı mənbələr AzadlıqRadiosuna bildiriblər ki, rəsmi Bakı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü məsələsinin qeyd olunmamasından narazılıq edib.

Azərbaycan tərəfinin narazılığından sonra bəyanatın mətni olduğu kimi saxlansa da, onu yalnız xanım Mogherini imzalayıb.

Bəyanatın mətnindən Gürcüstan və Ukrayna da narazılıq ediblər. Onlar mətndə bu iki ölkənin Avropa İttifaqı üzvü olmaq niyyətlərinin qeyd olunmamasından narazı qalıblar.

Buna baxmayaraq Tbilisi və Kiyev Şərq Tərəfdaşlığının köhnə bəyanatlarının mətninə etiraz etmirlər.

Bunun əvəzində Şərq Tərəfdaşlığının 10-cu ildönümündə səslənən yubiley bəyanatında deyilir:

“Biz Şərq Tərəfdaşlığının Sammit bəyannamələrində əksini tapmış öhdəliklərimizi bir daha təsdiq edir və bu öhdəlikləri irəli aparmaq üçün güclü niyyətimizi vurğulayırıq”.

Şərq Tərəfdaşlığı 2009-cu ildən başlanıb. O vaxtdan bəri hər il bu qrupun sammitləri keçirilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO