İdman 12.05.2020 23:39

AIJF “Dopinqlə mübarizə” adlı vebinar keçirdi

Mayın 12-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AIJF) Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid vebinar keçirib.

Rakus.az xəbər verir ki, vebinarda müxtəlif telekanal, qəzet, informasiya agentlikləri və xəbər portallarının 20-dən çox əməkdaşı, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası proqramının magistrləri iştirak ediblər.

AİJF-nin prezidenti Qabil Mehdiyev AMADA-nın və federasiyanın birgə layihəsi olan vebinarın əhəmiyyətindən danışaraq media nümayəndələrinə təlimdə uğurlar arzulayıb.

AMADA-nın direktoru Şəfəq Hüseynli son günlərdə rəhbərlik etdiyi qurumun idmançılar və mütəxəssislər üçün belə təlimləri ardıcıl keçirdiyini vurğulayıb. O, təlimin media nümayəndələri üçün də əhəmiyyətli olacağını söyləyib.

Bir saat davam edən vebinarda antidopinq qayda pozuntularının aşkarlanması və araşdırmaların aparılması, qadağan edilmiş maddələrin qanunsuz dövriyyəsi və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, respublika idman federasiyalarının öhdəlikləri, antidopinq qayda pozuntuları mübahisələri üzrə qapalı dinləmə prosesi və Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qərarların yoxlanılması kimi mövzulara toxunulub. Vebinarda media nümayəndələrinə dopinq yoxlamaları və müxtəlif qurumlarla əməkdaşlıq, idmançıların öhdəlikləri, hüquqları barədə və digər məsələlər haqqında slaydlarla məlumat verilib.

Sonda AMADA-nın hüquqşünası Fərhad Abbasov müxtəlif mövzularda sualları cavablandırıb.

XƏBƏR LENTİ
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO