İqtisadi 06.04.2019 18:00

Mənzilə ehtiyacı olanlara faydalı qərar – TƏHLİL

Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı 400-dək yaşayış kompleksinə şamil olunacaq, 50 minədək mənzili əhatə edəcək. Beləliklə, 10 minlərlə ailənin mənzil problem öz həllini tapacaq.

Rakus.az xəbər verir ki, dövlət başçısının Fərmanı istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir.

Ötən müddətdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib. Son bir neçə ayda 30-dan çox binanın həm tikintisinə, həm istismarına icazə verilib.

Əmlak ekspertlərinin fikrincə, ötən müddətdə bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlara yol verilib, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb. Hətta təsdiqlənmiş layihələrdən kənara çıxılması hallarına rast gəlinib. Bu da həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edirdi. Eyni zamanda, mənzil üçün tələb olunan vəsaiti ödəmiş sakinlərin mülkiyyət hüquqlarının təsdiq edən sənədlərinin yoxluğu da onlara ciddi problemlər yaradırdı.

Bu Fərman vətəndaşları narahat edən, ümumlikdə isə mənzil idarəçiliyi baxımından yığılıb qalan problemlərin həllinə şərait yaratmaqla yanaşı, dövlət büdcəsinə daxilolmaları da artıracaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri də hesab edirlər ki, bütün bunlar, eyni zamanda, düzgün statistikanın aparılmamasına şərait yaradır. Müvafiq qurumlar həmin binaları istismara qəbul etmədiyi halda, onlar rəsmi statistikada əksini tapmır. Beləliklə dövlətin mənzil strategiyasının həyata keçirilməsində də problemlər yaranır.

Fərmanın əhəmiyyətindən bəhs edən komitə sədri Samir Nuriyev deyib: “Dövlət başçısının bu addımı bir daha göstərdi ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Uzun illər ərzində ictimaiyyəti narahat edən problem Prezident İlham Əliyev iradəsi sayəsində bir günə öz həll tapdı”.

S.Nuriyev, həmçinin vurğulayıb ki, məzilin pulunu ödəmiş sakinlərin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri yox idi və bu, onlarda ciddi narahatlıq yaradırdı. Bu problemlərin həlli ilə məşğul olacaq dövlət orqanları artıq müəyyənləşdirilib, onlara müvafiq tapşırıqlar verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sənədlər tikintiyə icazə verən orqana – Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici quruma göndəriləcək və 7 gün ərzində binanın istismarına dair icazənin verilməsi təmin olunacaq.

Onu da xatırladaq ki, qeydiyyata alınmış mənzillər üzrə bələdiyyələrin vergi yığımında da problemlər aradan qalxacaq, aparılacaq girov və digər əməliyyat xərclərindən büdcəyə daxilolmalar artacaq. Vətəndaşlar mənzil tikinti koorperativləri ilə (MTK) aralarında yarana biləcək mübahisəni məhkəmə qaydasında hüquqi yolla həll etmək imkanı qazanacaqlar. Bundan başqa, tikintiyə icazənin alınması sadələşdiriləcək. Bu proses “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək. (Ramiz Quliyev-Azərtac)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO