Maraqlı 26.05.2023 21:07

Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, bugünkü buraxılış valideynləri Qərbi Azərbaycandan deportasiya  olunan zaman Bakı-Zəngilan qatarında dünyaya göz açan Namiq Muradovun həyat hekayəsinə həsr olunub.

Onun ailəsi əslən Zəngəzur mahalının Qafan rayonundandır və 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb.

O başına gələn hadisələri valideynlərinin söylədikləri əsasında xatırlayaraq deyir ki, Xətai rayonundakı 2 nömrəli xəstəxanaya gələrkən həkimlərin sağ qalacağıma ümidi olmayıb: “Mən 1988-ci ildə, dekabr ayında soyuq bir qış günündə  qatarda anadan olmuşam. Nənələrimin, babalarımın, valideynlərimin dilində Qafan həsrəti, Qafan niskili, bunu hər anımda, hər saniyəmdə duymuşam. Məni 16 gün sonra həkimlər anamın qucağına verərkən bəlkədə öldü, son nəfəsidir deyiblər. Amma Tanrıya şükürlər olsun ki, mən yaşamışam. Nənəmin qucağında yaşamışam və dünyaya yeni bir nəfəs açmışam”.

Onun sözlərinə görə, ailəsi 3 dəfə – 1905, 1918 və 1988-ci illər genosid-deportasiyası yaşayıb: “İstər ata, istərsə də ana tərəfim 3 dəfə soyqırımlara məruz qalıb. Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib. Nəyə görə?! Çünki onlar türk idi, onlar Qərbi Azərbaycanın haqlı sahibləri idi. Bu gün mənim fikrim, amalım odur ki, nə zamansa babamın, atamın, anamın eli-obası olan Qərbi Azərbaycanı görüm, Zəngəzuru görüm.

Kalmıkiya Dövlət Universitetinin tarix fakültəsini bitirən N.Muradov bu universitetin yaradılmasının 50 illiyinə həsr edilmiş “Şərəf” medalı qazanmağa nail olan yeganə azərbaycanlı kimi, 2022-ci ilin oktyabr ayında medal təqdimatında erməni milliyətindən olan tələbələrə Qərbi Azərbaycanın məxsusi sakini olduğunu xatırladıb və ermənilər zalı tərk edib.

O, hər zaman övladlarına soy kökləri barədə daim məlumatlandırdığını söyləyib və deyib ki, müzəffər Ali Baş Komandanıçızın rəhbərliyi altında biz yenidən öz torpaqlarımıza, doğma Qafana, atamın-anamın bğyüdüyü o doğma Qafan şəhərinə qayıdacağıq: “Qafanın kəndlərini görmək, Qasfanın büllür bulaqlarından dadmaq mənim övladlarımın haqqıdır. Mən əminəm ki, qısa bir müddətdə ora qayıdacağıq. Ora mənim ata-ana yurdumdur, baba yurdumdur, mən ora niyə qayıtmayım?! Bu, mənim haqqımdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Namiq Muradovun “Həyat hekayəsi”nə mayın 26-da  saat 19:30-da Baku Tv-nin efirində və saat 21:00-da Youtube kanalında azərbaycan və rus dilində baxa bilərsiniz. 

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO