Siyasi 07.01.2025 22:36

Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagöl çay – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Bars türk etnoniminin adını əks etdirən Alapars” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Alagüney, Alapapaq, Alapars toponimi, Alagöllər, Alapapaq oronimi, Alagöl çay və Alapars hidronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda qədim türk-oğuz yurdlarının izini silmək üçün haylar hiylələlərə əl ataraq XX əsrdə soyqırımlar törədib, azərbaycanlıları doğma yurdlarından bir neçə dəfə köçürüb, toponimləri dəyişiblər.

Alagöllər – Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun ərazisində dağ adıdır.

Alagöl çay – Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda çay adıdır.

Alagüney – Zəngəzur mahalının Meğri rayonunda mədən yeridir.

Alapapaq – Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində dağ və kənd adıdır. XVIII əsrin axırlarında xarabalığa çevrilən kənd Alapapaq türk tayfasının adı əsasında əmələ gəlib.

Alapars – Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində çay və kənd adıdır. Kəndin köklü sakinləri azərbaycanlılar olub və ermənilər buraya 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülüb. 1840-1850-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılıb və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilib.

Sonda vurğulanır ki, tarixi yurdlarımızın izinin itirilməsi erməni millətçilərin məkrli və ədalətsiz siyasətinin əsasını təşkil edib. Amma Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayıb, hər zaman ədalət yolunu tutaraq haqsızlığa qarşı mübarizəsini davam etdirib. Çünki  bu ədalət yolu daşlı-kəsəkli olsa da bizi doğma yurdumuza, yaşayış məskənlərimizin abadlığına aparır.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 07.01.2025 22:36
Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagöl çay – türk tarixinin izi - VİDEO
Sosial / 07.01.2025 18:58
Suraxanıda ağaclar niyə kəsilir?
Mədəni, Video müsahibə / 07.01.2025 18:35
“Ermənilərin dağıdıb məhv etdiyi abidələrlə bağlı faktlar üzə çıxır” - VİDEO
Təhlil / 07.01.2025 15:20
Faşizmdən xilas – Paşinyanın yuxusu, xülyası və reallıq – TƏHLİL
Siyasi, Sosial / 07.01.2025 14:02
Türk tayfalarının Qərbi Azərbaycan məkanları – ANONS
Mədəni / 07.01.2025 13:26
Qərbi Azərbaycanda məhv edilən mədəni irs – ANONS
Siyasi / 07.01.2025 10:22
Ermənistanın etnik təmizləmə siyasəti - FOTO - VİDEO
Müsahibə / 06.01.2025 22:14
“Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi” - VİDEO
Təhlil / 06.01.2025 16:10
Ter-Petrosyan – Qarabağda və Ermənistanda törədilən cinayətlərin ortağı – TƏHLİL
Siyasi, Təhlil, Video müsahibə / 05.01.2025 11:00
Ermənilərin 600 illik planı və Levon Ter-Petrosyanın sensasiyalı etirafı - FOTO - VİDEO
Mətbuat, Siyasi / 03.01.2025 13:28
“2025: hədəflənən prioritetlərə baxış və perspektivlər” – MƏQALƏ
Gündəm / 01.01.2025 00:14
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Müsahibə, Səhiyyə / 30.12.2024 22:28
“İqlim dəyişikliyi soydaşlarımızın kütləvi ölümünə səbəb olub” - VİDEO
Mətbuat, Siyasi / 30.12.2024 21:23
Beynəlxalq hüquqa əsaslanan yeni regional siyasi reallıq – MƏQALƏ
Təhlil / 30.12.2024 14:26
Əsəddən Makrona gedən yol – Fransada hökumət böhranları – TƏHLİL
Gündəm, Siyasi / 30.12.2024 11:31
Rizvan Nəbiyev: “Prezidentin mesajları beynəlxalq mülki aviasiya təhlükəsizliyi üçün çox önəmlidir” - FOTO - VİDEO
Gündəm / 29.12.2024 15:02
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO - VİDEO
Gündəm / 29.12.2024 12:31
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak edib - FOTO - VİDEO
Elm və təhsil / 28.12.2024 22:27
“Ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələr” - VİDEO
Elm və təhsil / 28.12.2024 13:25
Erməniləşdirilən türk xristian məbədləri – ANONS - VİDEO
Siyasi, Sosial / 27.12.2024 22:45
“Erməni məkrliyi yeniyetmə və gəncliyimi əlimdən alıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.12.2024 13:43
“Atamın arzusu yarımçıq qaldı” – Vüqar Namazovun “Həyat Hekayəsi” - VİDEO
Təhlil / 26.12.2024 22:40
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü - VİDEO
Təhlil / 26.12.2024 15:00
Pezeşkiandan “günah keçisi” düzəltmək cəhdi – TƏHLİL
Təhlil / 26.12.2024 13:22
“300 min azərbaycanlı Paşinyanın elektoratı ola bilər” – ANONS - VİDEO
Elm və təhsil / 25.12.2024 22:26
“Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar” - VİDEO