İqtisadi 19.04.2019 10:57

Almaniya nümayəndələri “Ulduz” Fabrikində oldu - FOTO

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti 17 aprel tarixində Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə “Ulduz” Şokolad Fabrikinə səfər edib.

Rakus.az xəbər verir ki, fabrikdə baş tutan görüşün məqsədi Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında tələbə və təhsil təcrübəsinin mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.

Tədbirin açılışını edən “Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova qonaqları salamlayaraq, onlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz Ulduz Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürlərini bildirib. Ardınca fabrikin tarixi, fabrikdə istehsal olunan məhsullar və s. haqqında qonaqlara ətraflı məlumat verilib, daha sonra isə onlara istehsalat sahəsi göstərilib. İstehsal prosesini yaxından, həmçinin ilkin mərhələdən sona qədər müşahidə edə bilən alman qonaqlar proseslərin standartlara uyğunluğundan, eyni zamanda şəffaflığından duyduqları heyranlığı gizlətməyiblər. İnteraktiv şəkildə keçən görüşdə tələbə və müəllimlərin istehsalat, məhsulların hazırlanması, dadım prosesi və s. kimi sualları ətraflı şəkildə cavablandırılıb.

Görüşün davamında Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug, həmçinin ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikə universitet və tələbələr adından təşəkkürlərini bildirib, məlumatlandırma tədbirinin yüksək səviyyədə təşkil olunduğuna görə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara “Ulduz” Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.

Qeyd olunmalıdır ki, “Ulduz” Şokolad Fabrikində “açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından görə bilər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO