Mətbuat 30.03.2019 17:26

Almaniya portali Xocalıdan yazdı

“Berliner Press” portalında “Xocalı və Srebrenitsa: erməni “karaciçlər” cəzalandırılacaqmı?” sərlövhəli məqalə dərc edilib (bax: https://berlinerpress.home.blog/2019/03/27/chodschaly-und-srebrenica-wird-das-armenische-karadzhich-bestraft/).

Rakus.az xəbər verir ki, redaksiya məqaləsində Srebrenitsada törədilmiş soyqırımı ilə erməni hərbçiləri tərəfindən Xocalıda törədilmiş cinayət müqayisə edilir. Məqalədə deyilir ki, Azərbaycan ictimaiyyəti BMT-nin keçmiş Yuqoslaviyaya dair Beynəlxalq Tribunalının bosniyalı serblərin sabiq lideri Radovan Karaciç barəsində verdiktini böyük razılıq hissi ilə qəbul edib. Məqalədə deyilir: “1992-1995-ci illərdə Bosniya və Herseqovina ərazisində etnik təmizləmələr, Srebrenitsada insanların kütləvi şəkildə deportasiyası və soyqırımı sübut olunmuş faktdır və inkar edilə bilməz. Ona görə də Azərbaycanda belə hesab edirlər ki, Karaciçin ömürlük həbs edilməsi barədə hökm layiqli hökmdür”.

Materialda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri, siyasi icmalçı Vüqar Seyidovun şərhinə istinad edilir. V.Seyidov Tribunalın bu hökmünü ədalətin təntənəsi adlandırır və eyni zamanda, ümidvar olduğunu bildirib ki, dünya Femidası Azərbaycanın Xocalı şəhərində soyqırımı törətmiş cəlladlar barəsində də layiqli hökm çıxaracaq. Azərbaycanlı ekspert deyib: “Xocalını bəzən “Azərbaycan Srebrenitsası” adlandırırlar. 1992-ci ildə erməni hərbçiləri tərəfindən bu şəhərdə törədilmiş soyqırımı üç ildən sonra Srebrenitsada sanki surətçıxarma kağızı ilə köçürülərək təkrarlanmış analoji cinayət üçün bir növ təlimat olub”.

Portal dünya birliyinin yarı yolda dayanmayacağına ümidvar olduğunu bildirən V.Seyidovun bu sözlərini sitat gətirir: “Biz Xocalı qırğınını məhz soyqırımı kimi tanımış qardaş Bosniya xalqına təşəkkür edirik. Bu gün onlarca erməni “radovan karaciçlər” Yerevanda rahatca gəzişir, Haaqa Tribunalında müttəhimlər kürsüsü onların da yolunu gözləyir”.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.07.2025 23:48
“Nənəm Vətən həsrətini dilə gətirib ağlayanda ürəyim çat-çat olur” - FOTO - VİDEO
Sosial / 18.07.2025 14:22
Telli sazını baba yurdunda səsləndirmək istəyən Kənan Alıyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.07.2025 23:12
İlham Əliyev Paşinyana Qərbi Azərbaycanla bağlı nələri diktə edib? - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 17.07.2025 17:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub - FOTO
Siyasi / 17.07.2025 16:10
Naxçıvana çıxış, Zəngəzura qayıdış – ANONS - VİDEO
Siyasi / 16.07.2025 23:20
“Biz əvvəllər normal xalq idik, indiki müxalifət görün bizi nə günə salıb” - VİDEO
Siyasi / 16.07.2025 14:17
Kilsə İrəvanı qarışdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO