Təhlil 24.02.2025 16:55

Almaniyada seçkilər – ağır olan siyasi vəziyyət – TƏHLİL

Almaniyada növbədənkənar parlament seçkilərində ənənə pozulmayıb. Sosial Demokratları yenə Xristian Demokrat İttifaqı/Sosial Demokrat İttifaq əvəzləyib, Almaniya kansleri Xristian Demokrat İttifaqından Fridrix Mertz seçilib. Göründüyü kimi, Almaniyada uzun illərdir hökumət növbəli şəkildə bu iki partiya arasında dəyişir.

Bu dəfə mühafizəkar XDİ/XSİ bloku Bundestaqa növbədənkənar seçkilərdə qalib gəlib. Səsverməyə seçicilərin 84 faizi qatılıb. Bu da özünəməxsus fəallıq sayılır.

Fevralın 23-də keçirilən siyasi kampaniya nəticəsində bu blok 28,6 faiz səs toplayıb. Müxalifətdə olan Almaniya üçün Alternativ Partiyası 2021-ci il seçkiləri ilə müqayisədə 20,8 faiz səs toplamaqla səsını iki dəfə artırıb. Bununla da, ölkə tarixində ilk dəfə ikinci olub. Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Bu siyasi təşkilata seçicilərin 16,4 faizi səs verib. “Yaşıllar” Partiyası isə seçicilərin 11,6 faizinin səsini qazanıb. 2021-ci ildə isə onlar 25,7 faiz səs toplamaqla parlamentdəki 736 yerdən 206-sını qazanmaqla hökuməti qurmuşdular. Builki seçkidə partiya tarixində ən pis nəticə ortaya qoyub. Ənənəvi blok isə ötən seçkilərdə 24,1 (197 yer), “Yaşıllar” 14,8 (118 yer), Almaniya üçün Alternativ Partiyası 10,3 faiz səs toplamışdılar.

Ötən seçki kampaniyasında Sosial Demokrat Partiyası “yaşıllar”la birlikdə koalisiya qurmuşdu. Ancaq 2024-cü ilin sonunda dövlət büdcəsinin maliyyələşdirilməsi məsələsində hakim koalisiyada razılaşma əldə edilmədiyindən hökumət süquta uğrayıb. Bundestaq növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.

Olaf Şolts hökuməti zəifliyi ilə daha çox yadda qalıb. Ukrayna məsələsində, xüsusən Rusiya bu ölkədə müharibəyə başlayandan sonra tərəddüd içində qalmışdı. Hətta uzun müddət RF-dən təbii qazın idxalını dayandırmadı.

Ukraynaya hərbi və humanitar yardımların edilməsi, qaçqınların qəbulunda da qərarların gecikməsi rəsmi Kiyevin etirazları ilə qarşılanmışdı. Ölkə Prezidenti Frank-Valter Ştaynmayerin Ukraynaya gəlişinə razılığı verilməməsi də Almaniya hökumətinin bəhs etdiyimiz mövqeyi ilə əlaqədar olmuşdu.

Sonradan hökumət ölkəyə yardımlarla bağlı Rusiyanı qane etməyə qərarlar qəbul etsə də, əvvəlki hadisələr hökumətin fəaliyyətinə mənfi təsirsiz ötüşməyib.

Kansler Olaf Şolts rəqibini təbrik edərək məğlubiyyətə görə məsuliyyət daşıdığını bildirib. O, səsvermənin nəticələrinin partiyası üçün “acı” olduğunu söyləyərək, bunu son 135 ildə Sosial Demokratlar Partiyasının ən pis göstərici adlandırıb.

O, “AfD”nin 20,9 faiz səs toplamasını isə “ciddi narahatlıq doğurduğunu” vurğulayıb: “Bu ölkədə AfD kimi ifrat sağçı partiyanın belə nəticələr əldə etməsi heç vaxt qəbul edə bilməcəyimiz bir faktdır”.

AfD-nin lideri Lars Klinqbeyl nəticələri “fəlakətli” adlandıraraq partiyada köklü dəyişikliklərə çağırıb. Berlində partiyanın toplandığı yerdə 60-a yaxın nümayişçinin etiraz aksiyası keçirməsi nəticəsində iğtişaşlar baş verib, bu, polislə toqquşmalara çevrilib.

“AfD”-çilər bu uğurlarının davamı olacağını bildirirlər. Partiyanın kanslerliyə namizədi Alisa Vaydel isə hakim koalisiyaya qoşulacaqlarını gözləmədiyini qeyd edib: “Əvvəlki hökumətlə davrandığımız kimi fəaliyyətimizi davam etdirsək, habelə Şərqi Almaniyada solçularla koalisiya qursaq, o zaman yaxın illərdə biz böyük gücə çevriləcəyik”.

Onları Sol Partiya da dəstəkləyir. Bu siyasi təşkilatın beş faizlik baryeri aşa biləcəyi ehtimalı az idi. Ancaq onlar səkkiz faizlə proqnozları puça çıxarıb. Partiyanı daha çox gənclər dəstəkləyib.

Fridrix Mers bəzi siyasi qüvvələr tərəfindən birləşdirici sayılmır. “Yaşıllar” Partiyasının həmsədri Fransiska Branter bu barədə deyib: “Bizə bölüb, parçalayan kansler lazım deyil. İndiki mürəkkəb geosiyasi zamanda bizə insanları birləşdirəcək hökumət başçısı lazımdır”.

Bu isə yeni hökumətin fəaliyyətinin çətin olacağını ehtimal etməyə əsas verir. Çünki “AfD” Almaniya üzrə geniş populyarlıq qazanır. ABŞ Prezidenti Donald Trampın ən yaxın adamı, milyarder, hökumətin səmərəliyi departamentinin rəhbəri İlon Mask “alternativçiləri” açıqcasına himayə və təbliğ edib. Bu onlar üçün gələcək fəaliyyətlərində üstünlük əldə etmələrinə əlavə imkan qazandıra bilər. İfrat sağ sayılan bu təşkilat miqratnlara qarşıdır, Rusiya ilə əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Eyni cinslilərin “evlənməsinə” qarşıdır. Donald Tramp kimi daha güclü Almaniya uğrunda mübarizə aparacağını bildirir.

Maskın “AfD”ni dəstəkləməsi onun nüfuzunun sürətlə artmasına təkan verib. Belə ehtimal edilir ki, təşkilatın seçkidə uğurunun səbəblərindən biri də budur.

Onları Bundestaqın üzərində Donald Tramp və İlon Maskın “kölgəsi” də sayırlar.

ABŞ Prezidentinin Avropa İttifaqı, o cümlədən Almaniyaya ünvanladığı tənqidlər “alternativ”çilər tərəddüdsüz dəstəkləyir. Bu baxımdan onlar Tramp və Maksın müttəfiqi kimi ad çıxarıblar. Mask seçkiqabağı kampaniyada seçiciləri açıq-aşkar “AfD”yə səs verməyə çağırırdı.

“Alternativ”in yüksəliş Almaniyada blok və partiyanın bir-birini ənənəvi əvəzləməsinə son qoya bilər. Bunu ehtimal etməyə son seçkilərdə sosial-demokratlara göstərilən etimadın azlığı da təsdiqləyir.

Ona görə də yeni hökumətə alternativ, nəticələrə əsasən əsas müxalifət Almaniya üçün Alternativ Partiyasıdır.

Bu, Federativ Respublikada “soyuq müharibə”, Almaniyanın bütövləşməsi, Suriya, İraqda müharibə, İŞİD-ə qarşı mübarizə, Avropa İttifaqının Yunanıstan kimi çoxsaylı problemlərindən xilas olması üçün imkan yarada bilər. Hətta, bu təşkilat gələcəkdə Trampın “Amerikanı yenidən böyük edək!” şüarını özünküləşdirərək “Almaniya yenidən böyük edək!” prinsipini irəli sürməsi belə mümkündür.

Ukrayna məsələsi yenə Almaniyanın siyasi həyatında təsiredici imkana malik olacaq. Mers Trampın rusiyalı həmkarı Vladimir Putinlə məlum müharibəyə son qoymaqla bağlı birbaşa danışıqlar aparmaq təşəbbüsünə qarşı çıxış etmişdi. Onun sözlərinə görə, Almaniya belə danışıqların Ukrayna və Avropanın iştirakı olmadan aparılması ilə razılaşmır.

Hələ ki Fridrix Mertzin yeni hökumət formalaşdırması məsələsi gündəlikdədir. O, aprelin 20-dək yeni hökumət quracağını bildirib.

Almaniyada siyasi vəziyyətin ağır olacağı istisna edilmir. İfratçı qüvvələrin parlamentdə əsas müxalifət olması, onların ABŞ rəhbərliyi səviyyəsində birbaşa dəstəklənməsi, Avropa İttifaqının Ştatlarla Ukrayna və başqa məsələlərə münasibətdə fərqli yanaşması və s. Federativ Respublikanın idarəçiliyində çətinliklər yarada bilər. Bu kimi məsələləri həll etmək üçün Almaniya ABŞ kimi davranacaqmı? Blokun qalib gəlməsi, “AfD”nin müxalifətdə olması ölkənin real vəziyyətini əks etdirir. Ona görə ənənəçilər, mühafizəkarlar Federativ Respublikada hakimiyyətə gəlir, “AfD” isə ölkə üçün yeni alternativə çevrilir.

XƏBƏR LENTİ
Təhlil / 09.10.2025 14:43
Amerikalılar Zəngəzura görə İrəvanda – ANONS
Siyasi / 08.10.2025 23:20
Paşinyan–Əliyev xətti: sülh müqaviləsi üçün “ev tapşırığı” iddiası - VİDEO
Siyasi / 08.10.2025 14:22
İrəvanda “Artsax” sayıqlayanlar – ANONS - VİDEO
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
İkinci tur başlayır: 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO