İdman 09.07.2020 09:34

AMADA əməkdaşları beynəlxalq inspektor statusu alacaqlar

İyulun 7-də Beynəlxalq Test Agentliyinin beynəlxalq dopinq nəzarəti inspektorları üçün təlim-sertifikat proqramına start verilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinn (AMADA) məlumatına görə, bu proqramda iştirak üçün aralarında AMADA-nın da olduğu dünya üzrə cəmi səkkiz milli və regional antidopinq agentliyi müəyyənləşdirilib. AMADA proqramın hazırlanmasında təcrübələrini bölüşməklə və təklifləri ilə layihəyə töhfəsini verib. Ümumilikdə proqrama cəlb olunan bütün təşkilatlar dünyada keyfiyyətli testin təşviqi üçün Beynəlxalq Test Agentliyi ilə səylərini birləşdirib.

Proqramın məqsədi dünyada antidopinq sahəsində testlərin keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Bu proqramın digər hədəfi yarışmadan kənar və beynəlxalq idman yarışlarında, o cümlədən dünya çempionatları, Olimpiya Oyunları və digər böyük yarışlarda dopinq nəzarətini həyata keçirmək üçün Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssislər hazırlamaqdır.

Proqram çərçivəsində AMADA-nın inspektorları xüsusi seminarlara cəlb ediləcək. Seminarların nəticəsində iştirakçılara beynəlxalq inspektor statusu verən sertifikatlar təqdim olunacaq.

Proqram antidopinq üzrə beynəlxalq mütəxəssislərin rəyləri və Ümumdünya Antidopinq Agentliyinin standartları nəzərə alınmaqla hazırlanıb. Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyasını nəzərə alaraq təlimləri bu yay onlayn keçirəcək. Ənənəvi seminarların yeri və vaxtı isə yaxın gələcəkdə ev sahibi təşkilatlarla razılaşdırıldıqdan sonra təsdiqlənəcək.

Azərbaycan 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir. Həmin proqrama AMADA ilə yanaşı, Avstraliya, Belarus, Böyük Britaniya, Çin, Kanada, Norveç və Mərkəzi Amerikanın milli və regional antidopinq agentlikləri cəlb olunub.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO