İqtisadi 18.09.2019 23:07

Amaşov QDİƏT PM-in komitəsində vergi siyasətimizdən danşdı

Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Türkiyənin Giresun şəhərində keçirilən 53-cü iclasında çıxış edib.

Rakus.az xəbər verir ki, Ə.Amaşov çıxışında Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətlərindən söz açıb, bu sahədəki islahatların müxtəlif detallarına diqqət çəkib. Deputat bildirib ki, ölkənin artan inkişafı xaricdən yeni investorların cəlb edilməsini şərtləndirir. Bu proses isə daha əlverişli vergi mühitinin yaradılmasını qaçılmaz reallığa çevirməkdədir. Azərbaycan dövləti siyasətini məsələyə məhz mövcud kotekstdən baxmaqla qurur, təbii ki, yerli investorların da maraqları nəzərə alınır. «Əldə edilən uğurlara baxmayaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın vergi sistemi yenidən qurulur», – deyən Ə.Amaşov ölkəmizin bu sahədəki beynəxalq əməkdaşlığının gözlənilən perspektivlərinə də diqqət çəkib.

Deputat həmçinin Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərinə də münasibət bildirib: «Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Ümumən belə deyim: mənim və ölkəmin mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. On minlərlə insanımız öz yurd-yuvasından qovulub. Minlərlə insanımız qətlə yetirilib. Azərbaycan tərəfi hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq. Tam əmin olun ki, danışıqlar fayda verməsə, bu haqdan istifadə ediləcək».

Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırmışdı.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO