Gündəm 23.12.2019 10:14

Amerikada azərbaycanlıların birliyini arzulayan xanım - FOTO

Bakı. Rakus.az

Amerikada 800 minə yaxın soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır…

Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı azərbaycanlıların birliyidir”…

Kübarlığı, yüksək mədəniyyəti, səmimiyyəti, insanpərvərliyi ona həmişə başucalığı gətirib. Paxıllıq, həsəd ruhuna yaddır. Ünsiyyətdə mehriban, necə deyərlər, istiqanlı, zərif xanımdır. İçi gözəllik və sevgi ilə doludur. Ədalətli olmaq onun həyat kredosudur. Nəzakətli davranışdan zövq alır, kobudluğa nifrət edir. Çox zəkalı, saf və təmiz qəlblidir. Dinləməyi bacarır. Çöhrəsindən heç zaman təbəssüm əskik olmur. Son dərəcə həssas insandır. Adamlara dəyər verməyi bacarır…

…Atası Vidadi Məmmədov istefada olan polis polkovnikidir. Anası Səmidə xanım evdar qadındır…

Bakıda dünyaya gəlib. Orta təhsilini 174 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib. Daha doğrusu, oranı qırmızı diplomla bitirib. Üç il “Bay Bank”da, doqquz il “Britaniya Hava Yolları” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2013-cü ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Hazırda “Sinqapur Hava Yolları” şirkətinin Biznes əməliyyatları departamentində çalışır…

…Ömür-gün yoldaşı İsmayıl Rüstəmov kimyaçı alimdir. Akademik Musa Rüstəmovun oğludur. Fidan adında bir qızı var. Fidan xanım rəssamdır. Ailəsi ilə birlikdə Bakıda yaşayırlar…

İctimai fəaldır. “Kaliforniya-Azərbaycan Dostluq Assosasiyası”na rəhbərlik edir. Azərbaycan naminə gördüyü işləri saymaqla bitməz. Ötən müddət ərzində ölkəmizlə əlaqəli xeyli tədbir həyata keçirib. Onların arasında Qarabağla bağlı olanları da var, milli, rəsmi bayramlarımıza həsr edilənləri də…

…Allah öz nurunu ondan əsirgəməyib. Necə ki, daxilən gözəldir, eləcə də zahirən. Bu gözəlliklərin vəhdəti onu daha ecazkar göstərir. Asudə vaxtlarında gül-çiçək əkib, onlara qulluq etməkdən zövq alır. Sanki bununla istirahət edir, qayğıdan, yorğunluqdan uzaq olur. “Mən heç kimin deyiləm, mən dünyaya mənsubam, bilirəm ki, qəribəyəm”- söyləyir…

Bəli, Amerikada 800 minə yaxın soydaşımız yaşayır. Haqqında söhbət açdığım Kimiya Məmmədova onların arasında bütün varlığı ilə Azərbaycana bağlı olan insanlardan biridir…

Elman Eldaroğlu,
[email protected]

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO