Maraqlı 05.07.2019 16:49

Amerikalı gəncin Azərbaycan sevdası - FOTO

 

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə on səkkiz yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni çox heyrətləndirdi və qərara gəldim ki, onunla görüşüb yaxından tanış olum…

Haqqında söhbət açdığım Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birini təzə bitirib. Bir sıra asiya ölkələrinin tarixinə bələd olan bu gənc Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ on bir yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə əlaqədar səfər etməsi onda ölkəmizə maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb…

Matt “Facebook” internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlılarla tanış da olub. Onlarla vaxtaşırı əlaqə saxlayır, Azərbaycan haqqında fikir mübadilələri aparır…

Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan müsiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur. Azərbaycanla bağlı nələri bilirsən, deyə soruşanda: “Ölkəniz haqqında çox şey bilirəm”- söylədi.
Sən demə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi mütamadi izləyir. Öz “Facebook” səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər də görürb. Qarabağ həqiqətlərini amerikalı həmyaşıdlarına, eləcə də avropa və asiyadan olan dostlarına çatdırmağa çalışır. Bu sizə problem yaratmır ki, sualıma Matt təbəssümlə cavab verib, bir neçə hadisə haqqında danışdı: “Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqrımı, ermənilərin vəhşilikləri haqqında şagird yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə “Facebook”da paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram”…

Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlmişdi…

Deyir ki,- “Nə qədər çətin olsa da, bacardığım qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacam və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcəm”…

Bəli, Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır. Amma hələ ki, bu arzusunu gerçəkləşdirə bilmir. İnanıram ki, ölkəmizdəki əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayan bu amerikalı gənclə tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO