Mətbuat 04.12.2019 12:07

AMŞ Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanladı

Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının (AZTV) Rusiya üzrə xüsusi müxbiriZakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.

Rakus.az xəbər verir ki, Mətbuat Şurasından verilən məlumata görə, müraciətdə bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. “Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin kompüterini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb”, – deyə müraciətdə qeyd edilib.

Müraciətdə eyni zamanda bildirilib ki, söz və ifadə azadlığını boğmağa, jurnalistin peşə fəaliyyətinə zorakı üsullarla mane olmağa yönələn bu hadisə Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində dərin hiddət və təəssüf hissi doğurub: “Baş vermiş hadisəyə qanun çərçivəsində layiqli qiymətin verilməsi oxşar halların gələcəkdə təkrarlanmaması baxımından önəmli və zəruridir. Əminik ki, nəinki Rusiyanın, eləcə də dünyanın aparıcı media qurumlarından olan Rusiya Jurnalistlər İttifaqı məsələyə münasibətdə adekvat hüquqi tədbirin seçilməsinə öz dəstəyini əsirgəməyəcəkdir. Sizdən bununla bağlı müvafiq kömək göstərməyinizi xahiş edirik”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO