Siyasi 21.02.2025 23:15

“Anam dedi ki, qız balalarım erməni vəhşilərinin əlinə düşməməlidir” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bizimlə duz-çörək kəsən ermənlər namərdləşmişdilər” adlı veriliş əslən Loru mahalının Vorontsovka (Kalinino) rayonu, Soyuqbulaq kənd sakini Südabə Kazımovanın  həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, doğulduğu kəndin fəsillərinin bir-birindən gözəl olduğunu deyib: “Qışda dizə qədər yağan qarı təmizləyərdik. Qarda-boranda məktəbə gedərdik. Yazda hər tərəf gülə, çiçəyə, yaşıllığa bürünərdi. Yayda müəllimlərimizlə gəzməyə gedərdik. Payızda kartof, meyvə, ot tayalarının qapıya yığımı olardı”.

Soyuqbulaq kənd sakini erməni vəhşiliyindən söz açıb, deportasiya həyatını anladıb: “1984-cü ilin sonlarında ailə qurub Rusiyaya getdim. 1988-ci ilin noyabrında Soyuqbulağa qayıtmışdım. Xəbər gəldi ki, ermənlər qonşu Qızıl Şəfəqə, oradan da bizim kəndə basqına hazırlaşır. Hamı həyacan içində idi. İllərlə bizimlə bir yerdə duz-çörək kəsən ermənlər duzsuz, namərd olmuşdular. Onlar bizim evlərdə çay içib, çörək yeyir, bizim qapılarda paltar-palaz satıb dolanırdılar. Kəndin kişiləri Göytəpə tərəfə, Qayaburnunun yanına yığışdılar ki, basqın olsa, Qızıl Şəfəqə köməyə qatılsınlar”.

Onun sözlərinə görə, ailədə 6 bacı olublar və erməni vəhşiliyi başlayanda evdə olublar: “O vaxt rəhmətlik nənəm getmişdi. Rəhmətlik atam eyvanda o yan bu yana gedib Qayaburnu tərəfə baxırdı ki, görsün, ermənilər gəlirmi. Anam bizi sobanın qırağına yığıb dedi ki, əgər ermənilər gəlsə, hamınız Ətlik gölünə tərəf qaçıb özünüzü gölə atarsınız. Mən sizdən sonda gölə düşəcəm. İstəmərəm qız balalarım erməni vəhşilərinin əlinə düşsün. Bunlar çox ağır xatirədir. Noyabrın axırlarında qürbətə gedəndən bir-iki ay sonra atamgil köçməli oldu, namərd ermənilər bizi yerimizdən, yurdumuzdan etdi. Ailəmiz Lökbatanda məskunlaşdı”.

O illərin ürəyində çox ağır yara, iz qoyduğunu söyləyən S.Kazımova doğma yurda qayıtmaq ümidi ilə yaşadığını bildirib: “Atamın saçı çox tez töküldü, o ayrılığa dözə bilmirdi. Anam tez-tez kənd haqqında bayatı söyləyərdi. Vətən həsrəti yaraların ən dərini, Vətən məhəbbəti sevginin ən ucasıdır. Bu gün Qarabağa dönüş olan kimi, bir gün də Qərb Azərbaycana dönüş olacaq. Yaşamaq, övladlarımızı orada böyütmək, o torpağın bizim olduğunu dünyaya göstərmək, yurdumuza sahib çıxmaq, ulularımızın ayağı dəydiyi o torpağı öpüb gözümüz üstünə qoymaq, qəbristanlıqda uyuyan əzizlərimizi ziyarət etmək üçün biz mütləq dönəcəyik. Çünki o torpaqda ruhum, canım qalıb”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 09.12.2025 23:15
Basarkeçər, Basarkeçər daşt, Baraxlı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 19:10
“Rusiya imperiyası Azərbaycanı erməniləşdirməklə Qarabağdakı mövqeyini gücləndirirdi”
Sosial / 09.12.2025 14:56
Bazar/basar tayfasının keçib getdiyi yer – ANONS - VİDEO
Müsahibə, Siyasi / 09.12.2025 13:22
“SSRİ-nin siyasəti Azərbaycanı erməniləşdirmək idi” – ANONS - FOTO - VİDEO
Müsahibə / 08.12.2025 23:56
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - VİDEO
Siyasi / 08.12.2025 17:53
Heydər Əliyevin zəngin irsi bu gün də yaşayır - FOTO
Mətbuat / 08.12.2025 10:59
“Global Media Group” 8 yaşımı qeyd edir
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO