Siyasi 24.04.2020 12:15

Ombudsman hesabat və yeni təkliflər verir - FOTO

“Uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır”.

Rakus.az xəbər verir ki, “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səbinə Əliyeva “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi”ni təqdim edən zaman deyib.

Ombudsman həmçinin, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun olmasının zəruriliyini də vurğulayıb.

Ombudsman Əmək Məcəlləsinin 127-ci maddəsinə üçüncü hissənin əlavə edilməsini təklif edib:

“Uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər. Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır”.

Onun sözlərinə görə, Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz.

Ombudsman bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əlavə təklif edib.

Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

S.Əliyeva deyib ki, Ombudsman Aparatı ölkədə koronavirusla bağlı görülən tədbirləri dəstəkləyir: “Koronavirsula bağlı monitorinqlər aparılıb, əhaliyə çağırışlar edilib. Xüsusi karantin rejimi ilə bağlı təklif və tövsiyələr verib. Aztəminatlı ailələrə dəstək göstərilib”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO