Gündəm 17.09.2020 21:00

Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşdü - FOTO

Sentyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olub, yaradılmış şəraitdən öz məmnunluğunu ifadə edib.

Rakus.az xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 17-də isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə ətraflı məlumat verib.

Akademik Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atılır.

Görüşdə çıxış edən AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov akademiyanın Nəqliyyat-Təsərrüfat şöbəsinin ərazisinin ekspertizasının aparıldığını, eskiz layihəsinin hazırlandığını və müvafiq dövlət qurumlarının icazəsindən sonra təmir-bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirib. Ötən illər ərzində ərazinin baxımsız vəziyyətdə olduğunu fotofaktlarla nümayiş etdirən Elton Məmmədov bu gün Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu diqqətə çatdırıb.

İdarə müdiri hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləyib. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu deyib. Həmçinin qeyd edib ki, bu gün akademiyaya məxsus avtomobillərin park edilməsi işindəki pərakəndəlik aradan qaldırılıb və yenidənqurma işlərindən sonra bütün nəqliyyat vasitələri vahid mərkəzdən idarə olunur.

Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. Həmin ərazinin də uzun müddət baxımsız vəziyyətdə qaldığını fotofaktlarla diqqətə çatdıran professor Elton Məmmədov drenaj, kanalizasiya sisteminin yenidən qurulduğunu, anbarların inşa edildiyini, şöbənin ərazisinin akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcəyini söyləyib.

Sonda Nəqliyyat-Təsərrüfat şöbəsinin baş mütəxəssisi Süleyman Əzizov iş yoldaşları adından çıxış edərək müasir standartlara cavab verən nəqliyyat parkının yaradılmasına görə ölkə rəhbərliyinə və AMEA prezidentinə minnətdarlığını ifadə edib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO