Gündəm 22.04.2025 10:15

“Antanta dövlətləri ermənilərə Şərqi Anadoluda muxtariyyət vəd etmişdi” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclis sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı olub. O, ötən əsrin əvvəlində, Birinci Dünya müharibəsi ərəfəsində və ondan sonra ermənilərin silahlanmasından, türklərə qarşı terror aktları törətməsindən söhbət açıb. Bildirib ki, erməni təşkilatları Osmanlıya qarşı düşmən mövqe tutublar.

Tarixçi-alimin sözlərinə görə, hələ XIX əsrdə erməni keşişləri Almaniya imperatoru Birinci Vilhelmə müraciət edib, ondan kömək istəyiblər ki, Osmanlı ərazisində erməni dövlətinin yaradılmasına dəstək olsun. Lakin Birinci Vilhelm, “Mən bir cılız alman əsgərinin meyitini bütün erməniliyə dəyişmərəm” söyləyib. Özlərini dünyaya yazıq millət kimi sırıyan ermənilər eyni istəklə Alman imperatoru İkinci Vilhelmə də müraciət ediblər. İkinci Vilhelm buna cavab olaraq bildirib ki, əgər dünya pislikdən xilas olmaq istəyirsə, bütün erməniləri məhv etmək, yalnız birini eksponat kimi etnoqrafiya muzeyində saxlamaq lazımdır. Belə olan halda erməni keşişləri Böyük Britaniyanın baş nazirinə minnətçi düşüblər. İngiltərə hökuməti isə onlara cavab olaraq bildirib ki, Böyük Britaniyanın gəmiləri erməni keşişlərinin xəyal etdiyi dövlətin dağlarında, daşlarında üzə bilmir. Beləliklə də hayların arzuları o dövrdə gerçəkliyə çevrilməyib.

Vitse-spiker M.Qasımlı vurğulayıb ki, Birinci Dünya müharibəsi ərəfəsində Antanta dövlətləri ermənilərdən Osmanlıya qarşı alət kimi istifadə etmək fikrinə düşüb və vəd verilib ki, Şərqi Anadoluda onlara muxtariyyət yaradılacaq. Məhz bu vədə aldanan ermənilər Osmanlıya xəyanət ediblər. 24 aprelin ermənilər tərəfindən “soyqırımı günü” kimi qeyd edilməsinə toxunan millət vəkili söyləyib ki, bu tarixlə bağlı hayların irəli sürdüyü arqumentlərin, “dəlillərin” heç bir əsası yoxdur. Alimin sözlərinə görə, Şərqi Anadoluda tarix boyu 1,5 milyon erməni yaşamayıb. Ona görə də 24 aprel 1915-ci il tarixdə bu coğrafiyada 1,5 milyon erməninin qətlə yetirilməsi iddiası yalandır. Bu əsassız iddiaları Rusiya və Qərb mənbələri də tutarlı faktlarla təkzib edir. Acı gerçəklik bundan ibarətdir ki, imperialist dövlətlər tarixin müxtəlif dövrlərində ermənilərdən alət kimi istifadə edib atıblar. Daim alət rolunu oynayan ermənilər də həmişə öz himayədarlarına, xidmət etdiyi dövlətlərə xəyanət ediblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO