Təhlil 10.10.2019 23:39

Ağ evin Nensi məktubu – ABŞ Prezidentinin impiçmenti – TƏHLİL - FOTO

Məlumdur ki, oktyabrın 8-də Ağ ev Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə rəsmi məktub göndərib.

Rakus.az xəbər verir ki, məktubda ABŞ Prezidentinin impiçmenti barədə sorğu “qeyri-qanuni və qeyri-konstitusion addım” adlandırılır və qeyd edilir ki, Ağ ev bu sorğunu dəstəkləməyəcək.

Administrasiya adından tərtib edilmiş məktubda Ağ evin vəkili Patom Sipollone demokrat Nensi Pelosini “2016-cı il seçkilərinin nəticələrini ləğv etməyə cəhd göstərməkdə” təqsirləndirir. Məktubda deyilir: “Sizin təhqiqatınızda hər hansı konstitusion əsas, ədalətin pozulmasına dair hər hansı iddia yoxdur, hətta müvafiq hüquqi prosedurun ən elementar qaydalarına riayət edilməyib, buna görə də icra hakimiyyətinin bu təhqiqatda iştirak edəcəyini gözləməyə dəyməz”.

Vəkil qeyd edib ki, “indiki qeyri-konstitusion vəziyyətdə bu təhqiqatda iştirak etmək icra hakimiyyətinə və hakimiyyətin bölünməsi prinsipinə uzunmüddətli institusional ziyan vurardı, buna görə də prezidentin həmin sorğunu dəstəkləməkdən imtina etməkdən başqa seçimi yoxdur”.

Məktubda daha sonra deyilir: “Birləşmiş Ştatların prezidentinin vəzifələrinə, o cümlədən onun bu vəzifədə gələcək varislərinin hüquqlarını müdafiə etmək öhdəliyinə uyğun olaraq, Prezident Tramp indiki şəraitdə öz administrasiyasının bu birtərəfli təhqiqatda iştirak etməsinə icazə verə bilməz”.

Əvvəl xəbər verildiyi kimi, sentyabrın 24-də spiker Pelosi Prezident Trampı Konstitusiyanın ciddi pozulmasında ittiham edərək onun barəsində impiçment işi üzrə rəsmi təhqiqat prosesinin başlanmasını elan edib. Demokratlar prezidenti bunda təqsirləndirirlər ki, ehtimala görə o, Ukrayna Prezidenti Vladimir Zelenskini keçmiş vitse-prezident Co Bayden və onun oğlu, haçansa Ukrayna qaz şirkətində işləmiş Hanter Bayden haqqında təhqiqat aparmağa məcbur etməyə çalışıb. Co Bayden 2020-ci il seçkilərində Demokratlar Partiyasından namizəd göstərilməyə əsas iddiaçılardan biridir.

Nümayəndələr Palatasından olan demokratlar oktyabrın 8-də bəyan ediblər ki, onlar ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlendin Konqresdə ifadə verməsi və impiçment barəsində iş üzrə təhqiqatlarla əlaqədar sənədləri təqdim etməsi üçün onu ABŞ-a çağırmağı planlaşdırırlar. Nümayəndələr Palatasının bu təhqiqatla məşğul olan üç komitəsinin sədrləri bildiriblər ki, Sondlend ABŞ Dövlət Departamentinin göstərişinə əsasən planlaşdırılan dinləmələrə gəlməyib və bundan sonra oktyabrın 8-də səfirin Konqresdə ifadə vermək üçün gəlməsini tələb edən rəsmi sorğu göndərilib.

Sondlendin vəkili Cim MakDermott bildirib: “Səfir Sondlend əvvəlcə çağırış almadan komitənin suallarına təcili qaydada cavab vermək üçün bu gün könüllü şəkildə gəlməyə razılaşmışdı”. Vəkil daha sonra əlavə edib ki, Sondlend ABŞ-ın Aİ-dəki fəaliyyətdə olan səfiri və Dövlət Departamentinin əməkdaşı kimi Departamentin göstərişlərinə riayət etməyə borcludur. MakDermott onu da deyib ki, Sondlend oktyabrın 8-də ifadə verə bilmədiyinə görə “son dərəcə təəssüflənib”, lakin ona imkan verilsə ən qısa müddətdə gəlməyə hazırdır.

Konqresin üç komitəsinin sədrlərinin birgə bəyanatında göstərilir ki, Ağ ev “prezidentin hüquqazidd davranışını ört-basdır etməyə çalışır”. Bəyanatda deyilir: “Hesab edirik ki, bu müdaxilə impiçment barədə iş üzrə təhqiqat üçün əngəldir. Biz səfir Sondlendin ifadə verməsi və sənədləri təqdim etməsi üçün ona çağırış vərəqəsi göndərəcəyik”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO