İqtisadi 08.07.2020 21:00

AQTA: 94 obyektdə pozuntular aşkarlanıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Rakus.az xəbər verir ki, AQTA-nın məlumatına görə, agentlik əməkdaşları tərəfindən iyulun 7-si Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 123 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Neptun”, “Rahat” (Nəsimi rayonu), “Rahat” (Nərimanov rayonu), “Araz supermarket” (Nərimanov rayonu), “Araz supermarket” (Nizami rayonu), “Araz supermarket” (Xətai rayonu), “Araz supermarket” (Babək prospekti), “Rahat” (Babək prospekti) marketlər, İbrahimova Afaq Sabir qızına, Muradov Ruslan Yavər oğluna, Behbudova Vüsalə Tahir qızına, Xalıqov Vahid Rafiq oğluna, Heydərova Yeganə Əlibayram qızına, İbrahimova Səadət İslam qızına, Məmmədov İlqar Mürsəl oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Saray qəsəbəsində “Əsləm” market
Xırdalan şəhərində “Nur” market
Şabran rayonunda “Qaraqoyunlu” restoranı, “Ekonom” market
Şamaxı rayonunda “Yaşıl”, “Favorit”, “Ocaq”, “Dostluq”, “Veqas”, “Murad” və “Zənbil” marketlər, “Dostluq”, “Savalan”, “Çənlibel” və “Zəm-zəm” restoranları və “Ata yurd” kafesi
Göyçay rayonunda İbrahimov Eldəniz Dursnəli oğluna, Kəurimov Araz Polad oğluna, Qasımov Yalçın Asif oğluna, Kərimov Baba Ərəstun oğluna, Zakirov Zakir Tapdıq oğluna məxsus ət satışı mağazaları, “Mansard” kafe, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafe, Əliyev Aqil Rafael oğluna məxsus ərzaq mağazası
Ağsu rayonunda İsmayılov Davud Əlikram oğluna məxsus ət satışı mağazası (fəaliyyəti məhdudlaşdırılıb), Fazilov Pərviz Abbas oğluna, Niftaliyev Ağaisa Musa oğluna, Abdurahmanov Ağagül Təşkil oğluna və Lətifov Miri Lətif oğluna məxsus kafelər (4 kafenin fəaliyyəti məhdudlaşdırılıb)
Salyan rayonunda Əbilov Rafət Xanoğlan oğluna, Rəsulov Adil Ədalət oğluna, Quliyev Pərvin İntiqam oğluna məxsus ərzaq mağazaları və “Oba” market
Neftçala rayonunda Allahverdiyev Əlipaşa Rəsul oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna məxsus ərzaq mağazaları, “Nuray” və “Yağmur” marketlər, Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar
Masallı rayonu, Boradigah qəsəbəsində  “Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlər
Lənkəran rayonunda Əliyeva Pərvanə Məmmədəli qızına məxsus ərzaq mağazası, “Elcan” market
Biləsuvar rayonunda  “Oba” market və Əsədov İlqar Saday oğluna məxsus ərzaq mağazası
Cəlilabad rayonunda “Ulduz” və “Seyid” marketlər
Qəbələ rayonunda Nəsirov İlqar Əli oğluna məxsus ərzaq mağazası, Ziyadov Namiq Seyidəhməd oğluna məxsus kafe
Oğuz rayonunda “Dostluq” kafesi, Şirinov Mikayıl Maarif oğluna məxsus yeməkxana, İsmayılov Kamal Mayıl oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonu, Çökək kəndində Musayev Səxavət Musa oğluna məxsus ərzaq mağazası, Qəbirdərə kəndində “Cökəaltı” kafesi
Gəncə şəhərində “Üç qardaş” market, Əliyev İbrahim Habil oğluna, Nəbiyev Nazim Rasim oğluna, Cəfərova Aybəniz Məhərrəm qızına məxsus ərzaq mağazaları
Tovuz rayonunda Kərimov Zülfüqar Nadir oğluna, Sadıqov Sadıq İsrafil oğluna məxsus ət satışı mağazaları
Şəmkir rayonunda Novruzov Anar Eyvaz oğluna, Musayev Anar Akif oğluna məxsus ət satışı mağazaları, Quliyeva Nəzifə Kərəm qızına və Əhmədova Svetlana Cəfər qızına məxsus şirniyyat mağazaları, “Çinar” və “Kəhriz” kafeləri
İmişli rayonunda “Rüfət”, “Razi”, “Dünya”, “Kamran”, “Tural”, “Sərfəli” və “Nuh” marketlər

Xatırladaq ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

XƏBƏR LENTİ
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO