İqtisadi 29.04.2020 13:05

AQTA fermerləri maarifləndirir - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “AQTA maarifləndirir” rubrikası çərçivəsində torpaq zərərvericilərinə qarşı mübarizə ilə bağlı fermerlərə tövsiyə verib.  

Rakus.az xəbər verir ki, agentlik hazırda rayonlarda müxtəlif tərəvəz və bostan bitkilərinin əkininin aparıldığını bildirib.

Fermerlər bu bitkilərə, xüsusən ilk cücərtilərin əmələ gəlməsi zamanı onların yeni formalaşmış kökünü zədələyərək təsərrüfata ciddi ziyan vuran torpaq zərərvericilərinə qarşı mübarizə tədbirlərinə xüsusi diqqət yetirməlidirlər: “Məsələn, adi danadişi kütləvi inkişaf etdiyi dövrlərdə kartof, pomidor, kələm, badımcan və s. tərəvəz və digər bitkilərə böyük ziyan vurur. Rütubətli sahələrdə daha çox rast gəlinən bu zərərverici bitkinin gövdəsi və köklərini gəmirərək zədələyir. Eyni zamanda danadişi kartof bitkisinin yumrularına da böyük zərər vurur.

Danadişiyə qarşı mübarizə aparmaq üçün il boyu ardıcıl olaraq tədbirlər həyata keçirilməlidir. Kartof və tərəvəz bitkiləri eyni sahədə 2 il və daha çox əkilərsə, bu zaman danadişi yayılmağa başlayacaq. Ona görə də zərərvericiyə qarşı profilaktik tədbir görmək məqsədilə sahədə aldadıcı yem səpini aparılmalıdır. Bunun üçün qarğıdalı dəni suda bişirilir. 1 kq bişirilmiş dənə 50 qr günəbaxan yağı əlavə edilir. Hazırlanmış kütləyə 15-20 ml karate qarışdırılır. Bir gün saxlanılan dənin növbəti gün üzərinə günəbaxan yağı əlavə edərək qarışdırılır.

Bundan sonra nəm torpaqda 2-3 sm dərinlikdə şırımlar açılaraq dən səpilir və üstü örtülür. Torpaq quru olarsa, bu zaman danadişi dərin qatlarda qalır və aldadıcı yemin səpilməsinin faydası az olur. 1 hektar torpaq sahəsinə təxminən 80-100 kq aldadıcı yem sərf olunur.

Bundan əlavə danadişiyə qarşı kimyəvi mübarizə vasitəsi kimi Canmetrin 25 EC, Sumosa EC, Aktara, Dursban-ultra və s. preparatlarından istifadə edilə bilər.

Bir məlumatı da diqqətinizə çatdıraq ki, zərərvericinin sayını azaltmaq üçün payızda sahələrin müxtəlif yerlərində 40 sm dərinliyində çalalar qazılır, peyinlə doldurularaq üstü örtülür. Qışda həmin çalalar açılaraq danadişilər məhv edilir.

Digər zərərverici- may böcəyinə gəlincə, onun yetkin fərdləri əsasən aprel-may aylarında torpaqdan çıxıb qidalanmağa başlayır. İyun ayında dişi fərdlər torpağın təxminən 12 sm dərinliyində yumurta qoyur və 30-40 gün sonra sürfələr çıxır. Bu sürfələr yetkin fərdə çevrilənə qədər 4 il torpaqda yaşayır və hər il aprel-iyul aylarında kartof, tərəvəz, qarğıdalı, çiyələk, bəzi meyvə ağaclarının, tinglərin, hətta qazon və s. bitkilərin kökü ilə qidalanaraq ziyan vururlar.

Torpaq zərərvericilərinə, o cümlədən may böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizənin səmərəliliyi bir o qədər də yüksək olmur. Ona görə də onlara qarşı mexaniki və aqrotexniki mübarizə aparmaqla daha yaxşı nəticə əldə etmək mümkündür. Belə ki, yaz və erkən yay aylarında sürfələr torpağın 10-20 sm dərinliyinə qalxdıqda, eləcə də yetkin fərdlərin yumurtaqoyma ərəfəsində torpaq şumlanaraq yumurtalar məhv edilməli, sürfələr isə əllə yığılıb zərərsizləşdirilməlidir.

Bundan əlavə, növbəli əkin sisteminə əməl olunmalı, həmçinin meyvə bağlarında cərgəarasına yonca və digər paxlalı bitkilər səpilməlidir. Çünki həmin bitkilərin köklərində olan bakteriyalar tərəfindən azot toplanılır və sürfələr isə azota həssas olduqlarına görə sahədən uzaqlaşırlar.

May böcəyinin sürfələrinə qarşı zərurət olduğu təqdirdə tiametoksam (aktara), diazinon (bazudin) tərkibli insektisidlərdən istifadə edilməsi tövsiyə olunur.

Mübarizə zamanı kimyəvi preparatlardan istifadə mütləq mütəxəssislərin nəzarəti altında həyata keçirilməli, bu zaman təhlükəsizlik, o cümlədən şəxsi gigiyena qaydalarına riayət olunmalıdır.

Bütün bu mübarizə tədbirləri ilə yanaşı, hər iki zərərvericiyə qarşı ətraf mühit və insan sağlamlığı üçün daha təhlükəsiz olan Boverin bioinsektisidinin təlimata uyğun tətbiqi xüsusən həyətyanı sahələrdə səmərəli hesab olunur”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO