İqtisadi 10.07.2020 12:26

AQTA iaşə müəssisələrində monitorinq keçirdi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Ağstafa rayon İcra Hakimiyyəti və rayon polis şöbəsinin nümayəndələri ilə birgə rayonun mərkəzi bazarında və ictimai iaşə müəssisələrində monitorinq keçirib.

Rakus.az xəbər verir ki, AQTA-nın məlumatına görə, monitorinq zamanı bəzi müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, “Dostluq” firmasına məxsus Ağstafa rayon mərkəzi bazarında yeyinti məhsullarının satışı zamanı sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Bundan başqa bazarda heyvan mənşəli məhsulların (ət və ət məhsulları, süd, qatıq, pendir və s.) sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan vitrinlər üzərində qida məhsullarının üstü açıq şəraitdə, mal qonşuluğu prinsipi və temperatur rejiminə riayət edilmədən satışının həyata keçirildiyi aşkarlanıb.

Reyd zamanı “Şahquluoğlu” ASC-yə məxsus “Nəsiboğlu”, fiziki şəxs Novruzov Niyazi Fərhad oğluna məxsus “Göyçə” və fiziki şəxs Babayev Hafiz Mübariz oğluna məxsus “Dostlar” kafelərində sanitar-gigiyenik qaydaların kobud şəkildə pozulduğu aşkar edilib. Həmin obyektlərin mətbəx sahələri və müştəri qəbulu zallarının ümumi sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, qida məhsullarının saxlanması zamanı qida təhlükəsizliyi tələblərinə və sanitar qaydalarına riayət edilmədiyi, hətta bəzilərində tullantıların vaxtında kənarlaşdırılmadığı, birbaşa mətbəx sahəsində saxlandığı məlum olub. Eyni zamanda həmin kafelərdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmədikləri, eləcə də xüsusi gigiyenik geyimlərdən (maska, əlcək, gigiyenik baş geyimi, xalat) istifadə etmədikləri aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

XƏBƏR LENTİ
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər”
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 11:00
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO
Siyasi, Sosial / 24.09.2025 14:22
Ermənilərin gizli kilsə siyasəti – ANONS - VİDEO
Gündəm, Mətbuat / 24.09.2025 11:30
Həqiqət carçısı “Haber Global” 7 yaşını qeyd edir
Siyasi, Sosial / 23.09.2025 22:01
Aşirabad və Aşnak toponimi – türk tarixinin izi - VİDEO