“Ararat-Armeniya” İrəvanda meydançaya çıxmayacaq
UEFA Avropa Liqasının pley-off mərhələsinin “Ararat-Armeniya” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya) oyunu İrəvanda keçirilməyəcək.
Rakus.az xəbər verir ki, buna səbəb Ermənistanın Azərbaycanla münaqişədə olması və ölkədə hərbi vəziyyətin elan olunmasıdır. Halbuki ermənilər Serbiya çempionunun İrəvana gəlməsi üçün təhlükəsizliklə bağlı təminat verəcəklərini açıqlamışdı.
Lakin UEFA bunu qəbul etməyib. Bu səbəbdən oktyabrın 1-də keçirilməli olan görüşün Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena” stadionunda keçirilməsinə qərar verib.
Bu ay “Qarabağ”ın Norveç çempionu “Molde” ilə Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutmalı olan görüşü də neytral ölkə kimi Kiprə salınmışdı. Lakin həmin görüş Larnaka şəhərinin “AEK Arena” stadionunda baş tutmuşdu.