Siyasi 29.12.2023 10:24

Ardanış Kənd İcması prezident seçkilərində namizədini açıqladı - FOTO

Dekabrın 28-də Ardanış Kənd İcmasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, “Şahənşah” Şadlıq Sarayında keçirilən iclasda Vətən yolunda canlarını qurban vermiş mərd mübarizlərin – şəhidlərin əziz xatirəsi yad olunub.

Ardanış kənd icmasının sədri, professor Məhəmməd Kərimov müzakirəyə çıxarılacaq məsələləri elan edərək bildirib ki, gendəlikdə əsasən 3 məsələ daxil edilib: Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen İl münasibətilə icmanın təbriki; gələn ilin fevralında keçiriləcək növbədənkənar Prezident seçkilərində icmamız tərəfindən namizədin elan olunması və dəstəklənməsi; həmçinin kənd icma Şuraların hesabatlarının dinlənilməsi.

Gündəlik təsdiq olunduqdan sonra M.Kərimov çıxış edərək, icma adından Azərbaycan xalqını və dövlət başçısını, eləcə də icma üzvlərini Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib, həmrəylik bayramını bizə bəxş edən və yaşadan ümummilli lider Heydər Əliyevin danılmaz və unudulmaz tarixi fəaliyyətini xatırladıb.

O deyib ki, ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlıların ilk qurultayında dediyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” müdrik kəlamı hamımızın, bütün dünya azərbaycanlılarının həmrəylik simvoludur. Məhz bu həmrəylik sayəsində 44 günlük Vətən müharibəsində üzü ağ çıxmışıq. Bu şərəfi bizə yaşadan sevimli Prezidentimiz oldu. Ona görə də Ardanış kənd icmasının qarşıdakı seçkilərdə yekdil namizədi dövlət başçımız İlham Heydər oğlu Əliyevdir. Kimliyindən asılı olmayaraq hər kəs, bütün xalq öz namizədini seçib. Hörmətli Prezident İlham Əliyev son 20 illik fəaliyyəti dövründə bir əsrə bərabər işlər görüb. Bu gün məhz onun düşünülmüş siyasəti sayəsində məğrur xalqın övladları kimi başımız uca gəzirik”.

Ardanış Kənd İcmasının Ağsaqqallar Şurasının sədri, tanınmış həkim Səməd Axundov seçkilərdə iştirakın çox vacib olduğunu deyərək bildirib ki, bütün Qərbi azərbaycanlıların, o cümlədən Ardanış icmasının vahid namizədi var: “Belə ki, kimliyindən asılı olmayaraq hər kəs, bütün xalq öz namizədini müdafiə etmək üçün seçkilərdə aktiv iştirak edəcək. Əlbəttə, demokratik seçkilərdə hər kəsin iştirk etmək hüququ var. Bütün Qərbi Azərbaycan İcmasının yeganə namizədi Vətən üçün əsas sayılan, ən dəyərli nemət olan torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyevdir. O,  200 illik Azərbaycan tarixində bizə belə qələbə, qürur yaşadıb”.

Şəhid Türkay Hüseynlinin atası, şair  Nizami Elyanar deyib ki, torpaqlarımızın erməni vandalizmindən xilas olması tarixi nailiyyətdir: “Məhz Azərbaycan ordusunun və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Şuşamız, Xankəndimiz əsl sahibinə qayıtdı. Biz Qərbi azərbaycanlılar Prezidentimiz İlham Əliyevi indidən yenidən seçmişik, həmişə də ona böyük coşqu ilə səs vermişik. Çünki böyük siyasətçi kimi onun  fəaliyyəti göz qabağındadı”.

İcmanın İdarə Heyətinin üzvü, jurnalist Əsgər İbrahimov çıxış edərək söyləyib ki, heç bir qələbə itkisiz olmur: “Azərbaycan xalqı əsgərləri və şəhidləri ilə  tarix yazıb.  Əlbəttə, çox xoşbəxtdik ki, bu tarixi an, məqam bizlərə nəsib oldu. Qaçqınlıq dövründə, birinci Qarabağ müharibəsində ağır günlərimiz çox olub. O dövrdə itirilən torpaqlar, verilən şəhidlər hamımızda məyusluq yaradırdı. Həqiqətən də yaddaşlara sanki məğlub xalq kimi yazılırdıq, başqa ölkələrdə başımızı dik tuta bilmirdik. Bizlərin hər zaman torpaqlarımızı mənfur separatçılardan təmizləyən gənclərə – hərbçilərimizə təşəkkür borcumuz var. Məhz düşünülmüş, şüurlu, məqsədli və məntiqli idarəetmə nəticəsində, düzgün-doğru siyasət və gələcəyə hesablanmış strateji plan nəticəsində bu qələbələr əldə olundu. Ona görə də Vətən torpaqlarını azad edən liderin Prezidentliyə yenidən namizəd göstərilməsi tam təbii seçimdir. Bizim üçün tarixi şansdır ki, Azərbaycanda yardılan demokratik mühitdən və hüququmuzdan yararlanaraq  çoxnamizədli seçkilərdə fəal olaq, doğru seçimizi edək. Təbii ki, xalq öz seçimini edəcək və Prezident İlham Əliyevə yekdilliklə səsini verəcək. Azərbaycan xalqı həmişə seçimini doğru edib. İnşallah biz digər qələbələri də yaşayıb doğma Göyçəmizdə, Ardanışda Prezidentimizin şərəfinə Novruz tonqalı qalayacağıq”.

Sonra Ağsaqqallar Şurasının sədri Səməd Axundovun, Ziyalılar Şurasının sədri Vaqif Həsənovun, Gənclər və İdman Şurasının sədri Rəşad Süleymanlının, Beynəlxaql və Diasporla İş Şurasına Kərəm Axundovun hesabatları dinlənildi.

Bildirildi ki, şuralar üzrə siyahılar artıq tərtib olunub, müəyyən əlaqələndirmə və təşkilatlanma işləri görülüb, Yeni ildən sonra görüşlər keçiriləcək və nəzərdə tutulan planlar icra olunacaq.

Ardanış İcmasının sədri Məhəmməd Kərimov iclasa yekun vuraraq səmərəli fiukir mübadiləsi üçün iştirakçılara təşəkkürünü bildirdi, müzakirə olunan məsələlər barədə qəbul edilən qərarların, nəzərdə tutulan işlərin icrası, eləcə də gələcək üçün Tədbirlər Planının hazırlanması barədə tövsiyə və tapşırıqlarını verdi.

XƏBƏR LENTİ
Hərbi / 06.12.2025 23:22
Təhrif olunmuş Azərbaycan hərb tarixinin gerçəkləri - VİDEO
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO