Siyasi 29.11.2023 00:34

Ardanış kənd icmasına sədr və İdarə Heyəti seçilib- SİYAHI - FOTO

Noyabrın 28-də Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kənd İcmasının növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, “Şahənşah” Şadlıq Sarayında keçirilən iclasda Çəmbərək Rayon İcmasının sədri Əvəz Ələkbərov iştirak edib.

İclasda Qərbi Azərbaycan İcmasının (QAİ) Qəyyumlar Şurasının üzvü, iş adamı Rəşid Süleymanov icma üzvlərini salamlayıb, kənd icma sədrlərinin seçilmə mexanizmi barədə məlumat verib.

Ardanış kənd İcmasının noyabrın 22-də keçirilmiş ilk iclasda təklif olunmuş  21 nəfərdən ibarət İdarə Heyətinin seçilməsi müzakirələrə təqdim olunub və təsdiqlənib.

Rayon icma sədri Ə.Ələkbərov çıxışında Azərbaycan dövlətinin Qərbi Azərbaycanla bağlı siyasətini təqdir edərək, QAİ-nin xətti ilə  qarşıya qoyulan vəzifələrdən söz açıb, Əsasnaməyə əsasən kənd icmalarının seçilmə hüququnun rayon icma sədrinin səlahiyyətində olduğunu bildirib.

O, qaydalara uyğun olaraq tanınmış cərrah, professor Məhəmməd Kərimovun namizədliyini irəli sürüb və deyib ki, demokratik prinsipləri nəzərə alaraq İdarə Heyəti üzvlərinin razılığı ilə kənd icma sədrinin seçilməsi daha məntiqli addım olar.

İdarə Heyətinin üzvləri Tanrıverdi Paşayev, Səməd Axundov, Əli Vəliyev, Əlövsət Kərimov, Əsgər İbrahimov, Daşdəmir Əliyev və başqaları məsələyə münasibət bildirərək, tibb elmləri doktoru Məhəmməd Kərimovun doğru seçim olduğunu deyiblər.

Qeyd olunub ki, fleboloq, ürək-damar cərrahı, doktor Məhəmməd Kərimov hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının Ürək-Damar Cərrahiyyəsi şöbəsinin, eləcə də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının cərrahiyyə kafedrasının müdiridir. O, eyni zamanda ATU-nun professorudur və Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və başqa beynəlxalq cəmiyyətlərin üzvüdür. Vurğulanıb ki, bütün bu titullar icmanın  xarici ölkələrdə də tanıdılmasına, ümumi fəaliyyətin daha da genişlənməsinə imkan verəcəkdir.

Beləliklə, yekdil səslə M.Kərimov Ardanış kənd İcmasının sədri seçilib.

Professor Məhəmməd Kərimov çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib, bu ictimai işin öhdəsindən ləyaqətlə gəlmək üçün həm rayon icma sədrinə, həm də kənd icmasının İdarə Heyəti üzvlərinə güvəndiyini, dövlət siyasətinin tərkib hissəsi kimi bu sahədə üzərimizə düşən vəzifələrin öhdəsindən şərəflə gəlməyin hər bir Qərbi Azərbaycanlının borcu olduğunu vurğulayıb. O, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün hər kəsin dəstəyinə ehtiyac duyulduğunu, bir çox yeni layihələrin icrasının səmərəli olacağına əminliyini söyləyib.

Sonda Çəmbərək Rayon İcmasının sədri Ə. Ələkbərov icma sədrinin üzərinə düşən vəzifələrdən danışıb, sədr seçilən şəxsin insani keyfiyyətlərinin üstün olmasının, məsuliyyətli, mədəni davranışının. el arasında tanınmasının, hörmətli və intellektual səviyyəsinin üstün olmasının önəmli olduğunu və ümumi işə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

ÇƏMBƏRƏK RAYONU ARDANIŞ KƏND İCMASININ İDARƏ HEYƏTİNİN  ÜZVLƏRİ 

1.KƏRİMOV MƏHƏMMƏD MƏHƏMMƏDƏLİ OĞLU

2.SÜLEYMANOV RƏŞİD QOŞUNƏLİ OĞLU

3.VƏLİYEV ƏLİ HÜSEYİN OĞLU

4.KƏRİMOV AQİL ABBASƏLİ OĞLU

5.KƏRİMOV ƏLÖVSƏT MƏHƏMMƏDƏLİ OĞLU

6.PAŞAYEV TANIRVERDİ ƏHMƏD OĞLU

7.KƏRİMOV VAQİF HƏSƏN OĞLU

8.HƏSƏNOV VAQİF MİKAİL OĞLU

9.İSMAİLOVA SONA ABBASƏLİ QIZI

10.AXUNDOV KƏRƏM ƏLİ OĞLU

11.İSMAYILOV HÜSEYİN MƏHƏMMƏDƏLİ OĞLU

12.CƏFƏROV ƏSKƏR MƏHƏRRƏMOĞLU OĞLU

13.ABDUYEV İMAN ABDU OĞLU

14.XƏLİLOV RƏHİM HƏSƏN OĞLU

15.ƏLİYEV DAŞDƏMİR ORUC OĞLU

16.ƏHMƏDOV SAHİB BABAMİR OĞLU

17.İBRAHİMOV ƏSGƏR ƏLİ OĞLU

18.VERDİYEV HÜSEİN SABİR OĞLU

19.HÜSEYİN HÜMBƏT RƏHİM OĞLU

20.İBRAHİMOV HAQVERDİ MƏCİD OĞLU

21. ABDUYEV VÜQAR VƏLİ OĞLU

MÜƏLLİF Əsgər Əlioğlu.

            

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO