Siyasi 11.12.2023 09:29

Ardanış Kənd İcmasında yeni şuralar yaradılıb – SİYAHI

Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ardanış Kənd İcmasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Rakus.az xəbər verir ki, “Şahənşah” Şadlıq Sarayında keçirilən iclasda Ardanış kənd icmasının sədri Məhəmməd Kərimov icmanın işinin daha səmərəli və əhatəli olması üçün bir çox şuranın yaradılmasına ehtiyac duyulduğunu bildirib.

O deyib ki, bu gün Azərbaycanm dövlətinin haqlı mübarizəsinin bir qolu da məhz Qərbi Azərbaycan və oranın əzəli sakinləri olan Qərbi azərbaycanlılarla bağlıdır: “Dövlətimizin bu sahəyə diqqətini nəzərə alaraq hər birimiz bu işdə üzərimizə düşən işləri ləyaqətlə yerinə yetirməliyik. İndiki Ermənistanda doğulub boya-başa çatmış insanların qayıdış hüququnun bərpası üçün onların ictimai fəaliyyətinin artırılması çox vacibdir. Əminik ki, biz haqlı mübarizədə qalib çıxacaq, yenidən əzəli yurdumuzun vətəndaşlıq hüququnu qazanacağıq”.

M.Kərimov kənd icmasının işinin daha effektli hala gətirilməsi və bütün sahələri əhatə etməsi üçün Ağsaqqallar, Ziyalılar, Gənclər və İdman, Qadınlar, Beynəlxalq və Diasporla İş, Sosial Məsələlər  şuralarının yardılmasını təklif edib və müzakirəyə çıxarıb.

İdarə Heyətinin üzvləri – Rəşid Süleymanov, Səməd Axundov, Daşdəmir Əliyev, Vaqif Həsənov, Sona İsmayılova, Aqil Kərimov, Əsgər İbrahimov, Vaqif Kərimov, Hümbət Hüseynov, eləcə də icma üzvü Zaur Məmmədov və başqaları fikir və müəlahizələrini söyləyərək təklifi əhəmiyyətli hesab ediblər. Onlar bildiriblər ki, şuraların yaradılması və fəaliyyəti icmanın ümumi işinə təkan verəcək.

Sonra ayrı-ayrı şuralar üzrə sədrlərin seçilməsi prosesi başlayıb.

Beləliklə, Ağsaqqallar Şurasına Səməd Axundov, Ziyalılar Şurasına Vaqif Həsənov, Qadınlar Şurasına Mahirə Qurbanova, Gənclər və İdman Şurasına Rəşad Sülüymanlı, Beynəlxaql və Diasporla İş Şurasına Kərəm Axundov, Sosial Məsələlər Şurasına Daşdəmir Əliyev sədr seçiliblər.

Şura sədrləri göstərilən etimada görə təşəkkür edib, icmanın işinin səmərəli və canlanması üşün üçün çalışacaqlarını bildiriblər.

SİYAHI 

Axundov Səməd Hüseyn oğlu – Ağsaqqallar Şurasının sədri

Həsənov Vaqif Mikayıl oğlu  – Ziyalılar Şurasının sədri

Qurbanova Mahirə Şükür qızı – Qadınlar Şurasının sədri

Süleymanlı Rəşad Rəşid oğlu – Gənclər və İdman Şurasının sədri

Axundov Kərəm Əli oğlu – Beynəlxalq və Diasporla İş Şurasının sədri

Əliyev Daşdəmir Oruc oğlu – Sosial Məsələlər Şurasının sədri

Müəllif Əsgər Əlioğlu

 

XƏBƏR LENTİ
Siyasi / 31.03.2025 11:56
QAİ Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 30.03.2025 10:58
Ardanış Kənd İcması Ramazan bayramı tədbiri keçirib - FOTO
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO