Gündəm 23.11.2023 12:06

Ardanış kənd icmasının ilk iclası keçirilib - FOTO

Bakıda “Şahənşah” Şadlıq Sarayında Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kənd icmasının geniş tərkibli ilk iclası keçirilib.

Rakus.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının (QAİ) Qəyyumlar Şurasının üzvü, iş adamı Rəşid Süleymanov Qərbi Azərbaycan İcmasının (QAİ) rayon və kənd icmalarının təşkilati strukturu haqqında məlumat verib, rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifləri barədə danışıb.

İclası aparmaq üçün söz Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin sədri Hümbət Hüseynova verilib. O, kənd icmalarının yaradılması və sədrin seçilməsi mexanizminin QAİ-nin Əsəsnaməsi əsasında reallaşdırıldığını, bu məqsədlə icmanın İdarə Heyəti üzvlərinin və icma üzvlərinin seçilməsi ilə bağlı rəy və təkliflər dinlənilməsinin zəruri olduğunu söyləyib.

Ardanış əsilli ziyalılar Tanrıverdi Paşayev, Aqil Kərimov, Əli Vəliyev, Fəxrəddin Hacıyev, Bayraməli Qurbanov, Daşdəmir Əliyev, Ələddin Hacıyev, Əsgər İbrahimov, Bayraməli Həsənov, Hüseyn İsmayılov, Səməd Axundov, Qədim Məhərrəmov və başqaları öz təkliflərini səsləndirib, kənd icmalarında İdarə Heyəti üzvlərinin əhalinin sayına görə seçilməsinin zəruriliyini söyləyib və sədrin bu üzvlər arasından seçilməsinin daha məqsədəuyğun olduğunu deyiblər.

Onlar icmanın nümunəvi fəaliyyəti naminə üzərlərinə düşən işləri məsuliyyətlə yerinə yetirəcəklərini ifadə ediblər.

Beləliklə, səsvermə yolu ilə 21 nəfərdən ibarət İdarə Heyəti seçilib, icmanın Ağsaqqallar, Qadınlar və Ziyalılar şuralarının tərkibi müəyyənləşdirilib.

Qərara alınıb ki, iclasda razılaşdırılmış məsələlər protokollaşdırılıb müvafiq dairələrə göndəriləcək, icma sədri müəyyənləşdikdən sonra digər strukturların formalaşdırılması da mümkün olacaq.

Sonda Göyçə mahalının böyük yaşayış məskənlərindən olan, zəngin tarixi keşmişə sahib Ardanış kənd əhalisinin keçdiyi yol ilə bağlı məlumatlar verilib, QAİ-nin yaradılması və fəaliyyəti üçün ölkə Prezidentinə minnətdarlıq bildirilib.

Əsgər Əlioğlu

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO