İdman 22.09.2024 21:36

“Zəfər 44” uduzdu, “Ardanış” qrupu lideri oldu - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə bu gün, sentyabrın 22-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində 2-ci tur üzrə növbəti oyun keçirilib.

Rakus.az xəbər verir ki, C qrupunda saat 19:00-da “Ardanış” “Zəfər 44” ilə qarşılaşıb. 

Qarşılıqlı mübarizə şəraitində keçən görüş demək olar bərabər səviyyədə  olub. Oyunun ilk dəqiqələrində nizamlı oyunu ilə seçilən ardanışlılar hücumçu Əsgər İbrahimovun qolu ilə önə keçib. Ardınca Emin İmaməliyev təcrübəsindən yararlanaraq çox baxımlı qol vurub. İlk hisə 2:0 başa çatıb. Fasilədən sonra Emin Ələsgərov un qolu ilə hesab 3:0 Ruhdan düşməyən hərbçilər daha inamlı oyun nümayiş etdirərək rəqibin qapısından üç top keçirməyi bacarıblar. Lakin oyunun sonlarına doğru təcrübə öz sözünü deyib. Belə ki, Əsgər İbrahimov bir, Emin İmaməliyev fərdi ustalıq hesabına iki qol vuraraq oyuna son nöqtəni qoyub – 6:3.

Beləliklə, aktivinə 6 xal yazdıran “Ardanış”  qrupu lider tamamlayıb.

“Zəfər 44” isə ilk matçında yaxşı təsir bağışladı və son oyununu AZƏRTAC-a qarşı keçirəcək.

Komandaların heyətləri belədir:

“Ardanış” – Elvin İsmayılov, Azər Hüseynov, Elçin Zeynalov, Elçin İsmayılov, Ramiz Hüseynov, Elşən Nəsibov, Vüsal Hüseynov, Emin Ələsgərov, Ayxan Abbasov, Emin İmaməliyev, Ramin Musayev, Əsgər İbrahimov, Rasim Həsənov.

“Zəfər 44” – Saməddin Əhmədov, Bayramov Ruslan, Mahmudov Fərrux, Əliyev Babək, Zülfuqarov Elçin, Fərzəliyev Murad, Qafarli İsmayil, Rufullayev Mirəhməd, Teyyubov Ramin, Məmmədov Dilqəm, Asif Məmmədov, Rövşən İsmayilov.

Bakı Tennis Akademiyası

22 sentyabr

C qrupu

20:00

“Ardanış” – “Zəfər 44” – 6:3

Qollar: Emin İmaməliyev 3, Əsgər İbrahimov 2, Emin Ələsgərov 1 – (“Ardanış”)

Ruslan Bayramov 1, Babək Əliyev 1, Saməddin Əhmədov 1 – (“Zəfər 44”)

Hakimlər: Elgün Hüseynov, İmran Məhərrəmov – AFFA

NÖVBƏTİ OYUNLARIN TƏQVİMİ

28 sentyabr

III tur

A qrupu

19:00 “Veteranlar” – “Turan”

B qrupu

20:00 Baku WS – “Gənclər”

29 sentyabr

C qrupu

19:00 AZƏRTAC – “Zəfər 44”

D qrupu

20:00 “Göyçə” – AzTV

5 oktyabr

4/1

A1-B2 – 19:00

A2-B1 – 20:00

6 oktyabr

C1-D2 – 19:00

C2-D1 – 20:00“

12 oktyabr

YARIMFİNAL

A1-C2 – 19:00

D2-B1 – 20:00

13 oktyabr

19:00 – 3-cü yer

20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz MustafayevKazımağa KərimovOsman MirzəyevAlı MustafayevFəxrəddin ŞahbazovArif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 10-12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olacaq, sentyabrın 14-də başlayıb oktyabrın 19-da başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi B1-in qalibi ilə, C1-in qalibi D1-nin qalibi ilə görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmayacaq.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

XƏBƏR LENTİ
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO