skip to Main Content
Müsahibə 25.05.2019 15:34

“Arsenal” Mxitaryanın müqaviləsinə baxmalıdı – DEPUTAT

 

AFFA-nın I vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Milli Məclisinin deputatı Rauf Əliyevin matc.az saytına müsahibə verib.

– Avropa Liqasının final matçının Bakıya salınması üçün nələr edildi?

– Azərbaycan idman ölkəsidi, buna qədər nə qədər mötəbər yarışlara ev sahibliyi etmişik. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” və s. Ondan əvvəl də ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları təşkil olunub. Belə böyük tədbir üçün Azərbaycan tam hazırdı. Avropa Liqası finalının Bakıya salınması özü bir mərhələdi. Bura gələnlər görəcəklər ki, necə yüksək səviyyəli təşkilatçılıq olur.

– İngiltərə mətbuatı neçə gündü finalın ölkəmizdə keçirilməsini qaralayacaq silsilə yazılar dərc edir. Buna münasibətiniz necədi?

– Finalda İngiltərənin iki təmsilçisi mübarizə aparacaq. Belə bir sual verim: niyə “Çelsi”nin səsi çıxmır? Amma “Arsenal”la bağlı çox şey yazırlar. Çünki “Arsenal”da Mxitaryan oynayır və bunu da erməni lobbisi edir. Onlar bu ölkədə belə böyük tədbirlərin keçirilməsini qəbul edə bilmirlər. Azərbaycan hökuməti və UEFA tərəfindən təhlükəsizliyə təminat da verilib, məktublar da göndərilib. Bununla bağlı bir misal çəkim. Ölkəmizdə aerobika üzrə yarış keçirilir. İki erməni bacı-qardaş da burdadı. Bakıya gəliblər, şəhəri gəziblər. Dünən müsahibələrində də dedilər ki, bura tam təhlükəsiz yerdi. Gəlsəydi, Mxitaryana nə olacaqdı ki? Birincisi, klubun futbolçususan. İkincisi, məncə, “Arsenal” rəhbərliyi onun müqaviləsinə yenidən baxmalıdı. Onun imtinası düzgün addım deyil. Klubun qanunlarını pozub. Bu üzdən də klub bu məsələyə baxmalıdı. Təhlükəsizliklə bağlı heç bir problem yoxdu. UEFA prezidenti Aleksander Çeferin də çıxışında finalın Bakıya salınmasını dəstəkləyib və bildirib ki, UEFA infrastrukturu genişləndirir. Bütün bunlar erməni lobbisinin işləridi. Dünyada ən ali orqan Birləşmiş Millətlər Təşkilatıdı. BMT-nin 4 qətnaməsi var ki, ermənilər Dağlıq Qarabağdan çıxmalıdı. Üstündən 26 il vaxt keçib, çıxıbmı? Bu, ikili standartdı. Buna görə də, İngiltərə mətbuatında yazılanların hamısı boş şeylərdi. Final yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda gələn il Avropa çempionatının 4 matçı ölkəmizdə oynanılacaq. Azərbaycan buna tam hazırdı, cənab prezident tərəfindən hər bir sərəncam verilib. Gözəl stadionumuz var, Təşkilat Komitəsi yaradılıb. Hesab edirəm ki, bu söz-söhbətlər mənasız şeylərdi.

– Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?

– Artıq “Çelsi”yə azarkeşlik edəcəm.

– Sırf Mxitaryana görə?

– Bəli.

– Düşünmürsünüz ki, Mxitaryan bu addımı Ermənistan hakimiyyətinin təzyiqi ilə atıb?

– Bu da ola bilər. Amma ölkənin fərqli, klubun isə fərqli qanunları var. Onların hakimiyyəti buna icazə verməsə də, əminəm ki, hüquqi tərəfdən bu məsələyə baxılacaq. Biri var ki, klub Mxitaryanın qalmasını qərara alsın, biri də var futbolçu imtina etsin. Hər cür şərait var və təhlükəsizlik təmin olunub. Belədə ona sual verilməlidi ki, niyə imtina edirsən? Onların hökumətinin nə düşündüyü bizi maraqlandırmır, biz ölkə olaraq yalnız irəli getməyə çalışırıq.

 

XƏBƏR LENTİ
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Back To Top
×Close search
Axtar