Təhlil 13.03.2025 22:17

“Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Arutyunyanın etirafları Paşinyanı çıxılmaz vəziyyətə saldı” adlı süjetdə hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanın ailəsinə ünvanladığı videomüraciətdən sonra Ermənistan ictimaiyyətində qızğın müzakirələrin aparılmasından bəhs olunur.

Bildirilir ki, R.Vardanyanın ailəsinə videomüraciəti onların hüquqlarının necə qorunduğunun real nümunəsidir: “Onun  müraciətində səsləndirdiyi fikirlər də ittiham olunan ermənilərin ifadə azadlığına müdaxilə edilmədiyini göstərir. Təbii ki, İrəvanda revanşistlərin və erməni diasporunun məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı irəli sürdükləri uydurmalar o qədər də təəccüblü deyil. Çünki bu qüvvələr məhkəmə prosesindən həm hakimiyyətə qarşı istifadə edir, həm də maraqlarına uyğun olan “erməni birliyini” qorumağa çalışırlar”.

Qeyd olunur ki, adıçəkilən şəxslərin Ermənistana qayıtması müxalifətin güclənməsi və hakimiyyətə qarşı mübarizənin kəskinləşməsinə zəmin yarada bilər: “Nikol Paşinyan əvəllər iddia edirdi ki, məhkəmə qarşısına çıxarılan şəxslərə psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var. Paşinyanın bu iddiası həmin şəxslərin Bakıda məhkəmə qarşısında dilə gətirəcəkləri etiraflardan qaynaqlanır”.

Diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının işğalı və Qarabağda hərbi cinayətləri birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyi törədib: “Lakin rəsmi İrəvan onilliklər boyunca bu həqiqəti gizlətməyə və “Qarabağ müstəqildir” iddiası ilə məsuliyyətdən qaçmağa çalışıb. Bakıda keçirilən məhkəmə prosesinin gedişatında digər həqiqətlər də ortaya çıxa bilər. Bütün bunlar Azərbaycana imkan verir ki, rəsmi Bakı danışıqlar masasında İrəvan qarşısında Zəngəzur dəhlizinin açılması, eləcə də Qərbi Azərbaycana qayıdış tələblərini sərtləşdirsin”.

Sonda vurğulanır ki, Ermənistan hakimiyyətinin məhkəmə prosesinə müdaxilə etmək və uydurma iddialarla prosesə kölgə salmaq cəhdləri də bundan qaynaqlanır: “Lakin nəticə dəyişməcək. Bakıda sirlər açılır və Ermənistan ətrafında çəmbər daralmaqdadır. Ermənistanın hərbi-siyasi rəhbərliyi hər şeyə görə cavab verməli olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 13-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
İdman / 08.10.2025 08:16
Turnirin 2-ci turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Siyasi, Sosial / 07.10.2025 23:24
Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 07.10.2025 18:36
“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO
Sosial / 07.10.2025 15:22
Baybecan adı ilə yaranan qədim məskən – ANONS - VİDEO
Müsahibə / 07.10.2025 13:34
Hərbi abidələrin bərpasına başlanılıb – ANONS
İdman / 07.10.2025 08:10
İkinci turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Müsahibə / 06.10.2025 23:06
“Ermənilər Fərqanədə 35 min özbək türkünü qətlə yetiriblər” - VİDEO
İdman / 06.10.2025 02:06
“Zəfər 44” qələbə qazandı, “Vətən” isə heç-heçə etdi - FOTO - VİDEO
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri” - VİDEO
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
İkinci tur başlayır: 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk turu – yaddaqalan anlar və fotokadrlar - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO