Sosial 18.06.2019 10:45

AŞ-da 47 dövlətin məhkəmə sistemi müzakirə olundu - FOTO

İyunun 13-14-də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin rəsmilərinin iştirakı ilə keçirilmiş geniş tərkibli Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 32-ci plenar iclasında Elektron ədliyyənin yaradılmasına dair Təlimat Toplusu, Mediasiya ilə bağlı milli qanunvericiliyin hazırlanmasına dair Avropa Təlimatı, Mediatorlarla bağlı tədris proqramlarının tərtibinə dair Rəhbər Qaydalar təsdiq edilib.

Rakus.az xəbər verir ki, Avropa Şurasının rəsmi saytından alınmış məlumata görə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun sədrliyi ilə iclasın bir hissəsi Avropa İnsan Hüquqları Məhkəməsi ilə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası arasında əməkdaşlıq məsələləri və həmin komissiyanın məhkəmənin işinin yaxşılaşdırılmasında roluna həsr olunub. Avropa Məhkəməsinin yeni seçilmiş sədri Linos-Aleksandre Sislianosun geniş tərkibli hakim və aparat işçilərindən ibarət nümayəndə heyəti ilə həmin tədbirdə fəal iştirak edib.

Avropa Şurasının ən mötəbər monitorinq və məşvərətçi qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa İnsan Hüquqları Məhkəməsinin həddindən artıq yüklənməsi ilə bağlı yaradılıb (Avropa Məhkəməsinin 2018-ci ildən cari ilə keçən qalıq işlərinin sayı 56.000 civarındadır). Buna görə də həmin Avropa Komissiyasının fəaliyyətinin başlıca məqsədlərindən biri 47 üzv dövlətin milli məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması ilə Avropa Məhkəməsinin iş yükünün azaldılmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Belçika, Hollandiya, Rusiya, Ermənistan, Kipr, Polşa, Litva, Monteneqro, Albaniya, İtaliyadan olan hakimləri müzakirələrdə iştirak edərək Avropa Şurasının iki qurumu arasında birgə fəaliyyətin qurulması istiqamətində tədbirlərin görülməsinin,  habelə Avropa Məhkəməsinin qərarlarında CEPEJ-in rəhbər qaydaları və digər sənədlərinə hakimlər tərəfindən istinad olunmasının zəruriliyini bildiriblər.

İclasda bir daha Avropa Şurasının üzv dövlətlərində məhkəmə sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması məqsədilə CEPEJ tərəfindən təsdiq olunmuş sənədlərin və rəhbər qaydaların Üzv Dövlətlərdə tətbiqinin vacibliyi qeyd edilib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO