Siyasi 27.05.2025 22:49

Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İran ermənilərinin yerləşdirildiyi türk yurdu” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala toponimi haqqında söz açılır.

Bildirilir ki, Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək üçün ermənilər daim əməliyyatlar keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə özününküləşdirib.

Aşağı Ağbaş – Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Ermənilər bura 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb. 1945-ci ildə adı dəyişdirilib Arevşat qoyulub.

Aşağı Ağdan – Şəmşəddil mahalının Karvansara, sonralar İcevan adlandırılan rayonda kənd adıdır. 1967-ci ildə adı dəyişdirilib Morut, 1970-ci ildə isə Aknaxbyur qoyulub.

Aşağı Ağ Körpü – Zəngəzur mahalının Qarakilsə, sonralar Sisyan adlandırılan rayonda kənd olub. Adı Qafqazın 5 verstlik xəritəsində adı qeyd edilib.

Aşağı Ağcaqala – Talın mahalının Talin rayonunda kənd adıdır. Digər adı Hacıqala olan kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni

təcavüzü nəticəsində qovulub. Bura 1915-1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən ermənilər köçürülüb. 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşasa da erməni mənbələrində tarixi faktlar saxtalaşdırılıb. Belə ki, 1831-ci ildə və 1897-ci ildə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilib. 1946-cı ildə adı dəyişdirilib Nerkin Bazmaberd qoyulub.

Sonda vurğulanır ki, bu toponimlərin erməni tarix kitablarında hayların uydurduğu kimi yazılsa da, reallıqda oğuz-qıpçaq tayfalarına məxsusluğu danılmaz faktdır: “Əminik ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı erməni uydurmalarının üstündən birdəfəlik xətt çəkəcək”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 27-də  saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib