Siyasi 24.06.2025 22:09

Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Sasun, Taron və Muş ermənilərinin yerləşdirildiyi oğuz yurdu” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Qarakoymaz, Aşağı Qaraçimən, Aşağı Qarxın toponimi haqqında söz açılır.

Bildirilir ki,  Qərbi Azərbaycanın tarixi yerlərinin saxtalaşdırılması, yaşayış məskənlərində oğuz türklərinin izinin itirilməsi, tarix boyu ermənilərin xain və məkrli siyasətindən qaynaqlanıb.

Aşağı Qarakoymaz – Talın mahalının Talin rayonunda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində Qarakovmaz formasında  qeyd edilib. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunublar. Bura 1915-1918-cı illərdə Türkiyənin Sasun, Taron və Muş vilayətlərindən köçürülən ermənilər və kürdlər  yerləşdirilib. 1946-cı ildə adı dəyişdirilib Nerkin Sasunaşen qoyulub.

Aşağı Qaraçimən – Zəngəzur mahalının Qafan rayonunda kənd olub.  1918-ci ilin sonlarında daşnaklar kənd əhalisini qırğınlarla qovublar. Ermənistanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra sağ qalan sakinlər öz yurdlarına qayıdıblar. Nəhayət, 1988-ci ilin noyabr ayında ermənilər azərbaycanlıları tamamilə qovublar.

Aşağı Qarxın – Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır.  Kəndin sakinləri 1918-ci ildə deportasiya olunub və bura  Türkiyədən ermənilər köçürülüb. 1920-ci ildə azərbaycanlılar geri qayıtsalar da 1948-1949-cu illərdə yenidən didərgin salınıblar. 1946-cı ildə adı dəyişdirilib Araks qoyulub.

Sonda vurğulanır ki,  müxtəlif vasitə və bəhanələrlə əhalisi vəhşicəsinə qovulan qədim yurd yerlərimiz kimsəsizləşdirilməyə, yadlaşdırılmağa çalışılıb: “Amma bu gün Qərbi Azərbaycana qayıdış reallığının erməniləri təşfişə salması təsadüfi deyil. Çünki doğma torpaqlara dönüş bir haqq olmaqla yanaşı, bizi gözləyən yaşayış məntəqələrimizin adının və özünün yaşaması deməkdir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında iyunun 24-də  saat 20:30-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO