Siyasi 12.12.2019 18:55

AŞPA-da müzakirələr konstruktiv keçdi

Dekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan haqları və Monitorinq komitələrinin iclasları keçirilib.

Rakus.az xəbər verir ki, iclaslarda ölkəmizi AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edib.

Komitə iclaslarında Azərbaycanda insan haqları məsələsi, bununla bağlı AŞPA-ya təqdim edilmiş məruzə ətrafında müzakirələr aparılıb. Müzakirələr konstruktiv və peşəkarlıq baxımdan qənaətbəxş olub.

Məruzədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci və 2019-cu illərdə Cinayət Məcəlləsi, məhkəmə sistemi, ümumiyyətlə, hüquq-mühafizə sahəsində imzaladığı sərəncamlar, onların nəticəsində aparılmış islahatlar və müsbət dəyişikliklər diqqətə çatdırılıb. Məruzədə ölkəmizlə bağlı “siyasi məhbus” adı ilə təqdim olunmuş müxtəlif siyahılardan imtina edilib, Avropa İnsan Haqları Məhkəməsinin aliliyinin, onun qəbul etdiyi qərarların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İnsan haqları ilə bağlı ölkəmizdə vaxtilə yaradılmış işçi qrupunun rolu və əhəmiyyəti vurğulanıb, onun davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Məruzədə vurğulanan müsbət məqamların Azərbaycanda həyata keçirilən islahatların bəhrəsi olduğu bildirilib və bu islahatlar alqışlanıb. Ölkəmizdə keçiriləcək parlament seçkilərində islahatların zəruriliyi və əhəmiyyəti də xüsusi qeyd edilib.

Azərbaycanda aparılan islahatlar AŞPA ilə konstruktivlik və qarşılıqlı əməkdaşlıq üçün böyük zəmin yaradıb.

Azərbaycan nümayəndə heyəti müzakirə olunan məsələlərlə bağlı mövqelərini bildirib.

Xatırladaq ki, dekabrın 13-də AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr gözlənilir. Ölkəmizə göndəriləcək nümayəndə heyətinin səlahiyyətləri və seçkilərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO