Siyasi 28.03.2020 12:20

AŞPA həmməruzəçilərinin düşüncəsi də koronavirusa yoluxub – Əli Hüseynli 

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri son açıqlamaları ilə isbat etdilər ki, hətta dünyanı bürüyən hazırkı bəşəri təhlükə şəraitində də Azərbaycana qarşı qeyri-sağlam niyyətlərindən vaz keçmirlər. Görünür, bu kimi şəxslərin düşüncəsi də koronavirusa yoluxub”.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli AŞPA həmməruzəçiləri Sunna Evarsdottir, Rocer Geyl və Ştefan Şennakın Azərbaycana qarşı açıqlamalarına cavab olaraq bildirib.

Ə.Hüseynli qeyd olunan açıqlamaların müəlliflərinə Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibəti ilə xalqı təbrik edən zaman müxalifət partiyalarını da o cümlədən təbrik edərək dialoqa çağırmasını, böyük həmrəylik nümunəsi göstərməsini xatırladıb:

“Azərbaycan müxalifətinin böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin bu çıxışının tezislərinə tərəfdar çıxdıqlarını bildirdilər. Görünən odur ki, həmməruzəçilər cənab Prezidentin bu çıxışının mahiyyətini anlamayıblar, yaxud da anlamaq düşüncəsində deyillər. Cənab Prezident bu ağır günlərdə nəinki nümunəvi addımları və gördüyü tədbirlər ilə daha da sıx olaraq xalqla birlikdədir, hətta hazırkı ümumbəşəri təhlükəyə qarşı gördüyü tədbirlər nəticəsində Azərbaycan bu gün həmin həmməruzəçilərin ölkələrinə nümunədir. Bunu dünya qiymətləndirir, müvafiq beynəlxalq təşkilatlar da nümunə çəkir”.

Ə.Hüseynli Azərbaycanda son vaxtlar islahatların yeni mərhələsini, müxtəlif sahələrdə aparılan radikal yenilikləri, o cümlədən bunların fonunda parlamentin yenilənməsini bir daha xatırladaraq həmməruzəçiləri ilk növbədə düşüncələrində islah olunmağa çağırıb:

“Onlar bu açıqlamaları ilə bu çətin günlərdə ölkələrinin, təmsil etdikləri qurumun etimadına zərbə vururlar. Halbuki insanlar bu gün ümumbəşəri həmrəylik ehtiyacı içindədir”. (report.az)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı”
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO
İdman / 23.11.2025 08:05
Bakıda Zəfər Gününə həsr olunmuş Minifutbol Festivalı keçirilib - FOTO - VİDEO
Hərbi / 22.11.2025 23:47
Qədim Azərbaycanın hərbi gücü - VİDEO