Siyasi 24.01.2020 21:33

AŞPA seçkilərlə bağlı rəyini açıqladı

Bu il fevralın 9-da nöbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı mühiti qiymətləndirmək üçün yanvarın 22-23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti rəyini açıqlayıb.

Rakus.az xəbər verir ki, sənəddə deyilir ki, müxtəlif həmsöhbətlərlə müzakirələrdən sonra AŞPA nümayəndə heyəti qalan müddətdə vəziyyətin yaxşılaşdırılması və heç olmasa problemlərin bir hissəsinin həlli üçün imkanların olduğunu vurğulamağı vacib sayır.

Bəzi əlaqədar tərəflər əsas hüquqlara, xüsusən ifadə və sərbəst toplaşmaq azadlığına əməl olunması ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Müxalifət partiyaları nümayəndə heyətinə bildiriblər ki, məhdudlaşdırıcı şəraitə görə seçkini boykot etmək qərarına gəliblər.

“Namizədlərin qeydiyyatı və onların seçkilərdə iştirakına gəlincə, nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, ləğv edilməmiş cinayət işləri səbəbindən bəzi siyasi liderlərə seçkilərdə iştirak imkanlarının verilməməsindən təəssüflənir. Belə ki, 2019-cu ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan “İlqar Məmmədova qarşı irəli sürülmüş cinayət ittihamlarının qalan bütün nəticələrini dərhal aradan qaldırmağı” tələb edib.

“AŞPA nümayəndə heyəti hesab edir ki, Azərbaycanın Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməməsi öz vətəndaşlarının seçkilərdə effektiv iştirak etməklə bağlı konstitusiya hüququnü şübhə altına alır”, – hesabatda qeyd olunur.

Nümayəndə heyəti bir çox həmsöhbətlərin söylədiyi və seçki komissiyalarının müstəqilliyi ilə bağlı Venesiya Komissiyası tərəfindən dəstəklənən şübhələri nəzərə alıb.

AŞPA seçki müşahidə missiyaları, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinin vacibliyini dəfələrlə təkid ediblər. Əsas azadlıqların konstitusiya təminatına baxmayaraq, hökuməti tənqid edənlər sistematik şəkildə təqib olunurlar. Sərbəst toplaşma azadlığına da əməl edilmir və 19 oktyabrda son mitinq kobud fiziki qüvvə ilə dağıdılıb. AŞPA hesab edir ki, seçki kampaniyası zamanı bütün iştirakçılar üçün sərbəst toplaşmaq və ifadə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir.

Seçki kampaniyasının maliyyələşdirilməsinə gəlincə, AŞPA nümayəndə heyəti xatırladır ki, Avropa Şurasının antikorrupsiya orqanı GRECO-nun tövsiyələri nəzərə alınmayıb.

İfadə və KİV azadlığı, həmçinin məlumat əldə etmək hüququ təmin edilmir. Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır.

2017-ci ildən Rabitə Nazirliyi ilkin məhkəmə qərarı olmadan KİV-i bloklayır. Hazırda bir sıra xəbər saytları bloklanıb, onlayn-fəallar isə getdikcə daha çox saxlanmaya və qorxutmaya məruz qalır.

AŞPA nümayəndə heyətinə Alfred Heer (İsveçrə), nümayəndə heyətinin rəhbəri Rayvo Tamm (Estoniya), Georgios Katrouqkalos (Yunanıstan), Stefan Sennax (Avstriya) daxildir.

Azərbaycan isə tənqidləri qəbul etmir. Mərkəzi Seçki Komissiyası ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün bütün imkanların olduğunu bildirir. (Amerikanın səsi)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO