İqtisadi 29.07.2020 21:00

ATAA turizm şirkətlərinə müraciət etdi

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Azərbaycanın milli aviadaşıyıcısının turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.

Rakus.az xəbər verir ki, ATAA-nın məlumatına görə, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində davam etdiyini nəzərə alaraq turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.

Rüfət Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.

Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.

Rüfət Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflər hazırlayaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib.

O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb.

Rüfət Hacıyev ölkə turizminin inkişafına daim dəstək olan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə, eləcə də bu sektorda xüsusi çəkisi olan turizm şirkətlərinə bilet satışında göstərdiyi dəstəyə görə AZAL-ın prezidenti Cahangir Əsgərova Azərbaycan Turizm Agentlikləri Assosiasiyası adından təşəkkür edərək turizm sektorunun qısa zamanda yenidən inkişaf etməsi üçün səylərini artıracaqlarını bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO