Maraqlı 03.05.2024 22:21

“Dayımın yoldaşının ağzından qızıl dişlərini çıxarmışdılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Yuxularımda atam Aşıq Müseyibi göy eyvanlı evimizdə görürəm” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Cil kənd sakini Tərxanım Nəsibovanın həyat hekayəsinə həsr olunub.

O, Cil kəndində Aşıq Müseyibin ailəsində anadan olduğunu, uşaqlıq, orta məktəb illərinin unudulmadığını deyib: “Oradakı ömür, həyat bugünkü dünyamın, ömrümün xoş xatirələrə bürünmüş, xoş arzulara köklənmiş bünövrəsidir. Vətənim Göyçə havası, suyu, otu, ağacı, çiçəyi, insanları və arzularımızla çox gözəl idi. Qışda Göyçə gölü donardı. Kəndin yayı, payızı, yazı gözəl idi. Yay vaxtı quzuları dağlara çıxarırdım. Məktəb illərinin xatirələri əziz idi. Səhər-səhər saat 6-da qarlı qış günlərində qalxırdıq. Qarı yara-yara məktəbə gedirdik. Müəllimlərimiz qayğıkeş, uşaqlarımız nizamlı-intizamlı, müəllimə qulaq asan, hörmətini saxlayan idilər. Hamımız xoş arzuların qucağında böyüyürdük”.

 

 

T.Nəsibova bildirib ki, 1988-ci ildə mənfur qonşularımızın fikirləri dəyişdi, bizə qarşı düşmənə çevrildilər: “Mən Bakıda Pedaqoji Universitetdə təhsil alırdım. Birdə xəbər çatdı ki, artıq elimiz köçür. Bilmirdik nə edək, qışın oğlan çağı idi. Atam, anam, əmim, dayım, el-oba pərən-pərən oldu, ağlaya-ağlaya, qarı yara-yara, gözləri Vətəndə qala-qala 1988-ci ilin qarlı qış günlərində Göyçəni tərk etdilər. İnsanlara ermənilər əzab verdilər. Dayımın yoldaşı olan maşının qabağını kəsmişdilər. Onun əlindən xalça-palazını almışdılar. Ağzından qızıl dişlərini çıxarmışdılar. O günlər, o tarix ömrümüzə yazılan zəhərli bir səhifədir”.

Onun sözlərinə görə, Vətən şirin, əziz, yaddançıxmazdır: “60 yaşım olsa da yenə də ən şirin anlarımda, ən qəmli günlərimdə, ən sakit çağlarımda ancaq ora ilə yaşayıram. Atam Aşıq Müseyibi yuxularımda ikimərtəbəli, göy eyvanlı evimizdə görərəm. İnanıram ki, ordumuzun möhtəşəm qələbəsindən sonra, möhtərəm Prezidentimizin danılmaz siyasəti sayəsində Göyçəyə qayıdacağıq. Ordakı torpaqlardan gətirib Göyçə həsrəti ilə gözlərini yuman atamın, anamın qəbrinin üstünə tökəcəm. İnşallah o günləri görəcəyəm”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 3-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 15.07.2025 23:23
Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 18:45
“Ermənistan qlobal kommunikasiya layihəsinin bir hissəsi olmaq üçün ikinci şansını əldən verəcəkmi? - VİDEO
Sosial / 15.07.2025 14:19
Böyük Qarakilsənin qədim yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.07.2025 13:22
Rusiya mediasında gündəmi erməni lobbisi diktə edir – ANONS - VİDEO
Müsahibə / 14.07.2025 23:06
“Stalinin bədnam qərarı babamı yurdundan didərgin salıb” - VİDEO
Mədəni / 12.07.2025 23:32
“İrəvanda yeni dövr sənətkarlığının intibahı da erkən başlayıb” - VİDEO
Siyasi, Sosial / 11.07.2025 23:28
“Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar” - FOTO - VİDEO
Sosial / 11.07.2025 14:22
“Ermənilər heyvanları güllələdilər” – Zaur Sərdarovun “Həyat Hekayəsi” -ANONS - VİDEO
Siyasi, Təhlil / 10.07.2025 23:35
ABŞ-nin prosesə qoşulması ilə Zəngəzur dəhlizi işə düşür - VİDEO
Siyasi / 10.07.2025 14:30
Xankəndidə Qərbi Azərbaycan mesajı – ANONS - VİDEO
Elm və təhsil / 09.07.2025 22:04
“Qobustanda 5000 il əvvələ aid 400 söz oxunub və onlar türkcədir” - VİDEO
Elm və təhsil / 09.07.2025 13:56
Prototürklərin ilk yaşayış məskənləri – ANONS - VİDEO
Siyasi, Sosial / 08.07.2025 22:23
Aşağı Əylənli, Aşağı Əli qrıx, Aşağı Ərmik, Aşağı Zağalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 08.07.2025 18:30
“Rusiya vətəndaşları Rusiyanın öz siyasətinin girovuna çevrilirlər” - FOTO - VİDEO
Sosial / 08.07.2025 14:44
Adı 80 il əvvəl dəyişdirilən yurd – ANONS - VİDEO
Müsahibə / 08.07.2025 13:49
“Ermənilərə nəsihət: türk dünyasından uzaqlaşmayın” – ANONS 
Müsahibə / 07.07.2025 22:37
“Ermənilər soydaşlarımızın seçib-seçilmək hüququnu da əllərindən almışdılar” - VİDEO
Mədəni / 05.07.2025 22:52
“İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi” - VİDEO
Mədəni, Sosial / 04.07.2025 22:58
“Bakıda doğulsam da, o torpaq məni çox çəkir” - FOTO - VİDEO
Mədəni, Sosial / 04.07.2025 13:54
“Kliplərimi Nüvədidə çəkəcəm” – Sevinc Abbasovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 03.07.2025 22:43
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər – Çevriliş planının detalları” - VİDEO
Siyasi / 03.07.2025 14:40
İrəvanda çevriliş planı – ANONS - VİDEO
Elm və təhsil / 02.07.2025 22:33
“Piotrovski ermənilərin qədim sikkə yalanını ifşa etdi” - VİDEO
Elm və təhsil / 02.07.2025 14:31
Ermənilərin 12 min yalanı – ANONS
Siyasi, Sosial / 01.07.2025 22:59
Aşağı Qızqala, Aşağı Qoylasar, Aşağı Qulubəyli, Aşağı Darğalı – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 01.07.2025 19:12
“Xalçalarda ikibaşlı və üçbaşlı quşların simvollarının mənası” - VİDEO