Siyasi 21.06.2024 21:36

“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər 1988-ci ildə bizə çox qəzəbli baxır, təzyiqlər göstərirdilər” adlı veriliş Qaraqoyunlu dərəsinin, Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Məmməd Qələndərlinin həyat hekayəsinə həsr olunub.

O, doğulduğu kənd haqqında təssüratlarını bölüşüb, yaylağa çıxdıqlarını, Göyçə gölündə çimib balıq tutduqlarını, uşaqlıq illəri, eləcə də institut illərində imtahandsan sonra dincəlmək üçün kəndə qayıtması ilə bağlı xatirələrini danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni faşizminə görə doğma yurddan deportasiya olunublar: “1988-ci ildə ermənilər bizə çox qəzəbli baxırdılar, bizə təzyiqlər başlamışdı. Gecələr kəndin sakinləri hamısı bir evə toplaşar, of tüfəbgləri ilə növbə çəkərdik. Dekabrın 7-də Şəmkir rayonunun Barun-Barsum kəndindən ermənilər artıq Əmirxeyir kəndinə doluşurdular və bizi zorla qovurdular. Bizi yük maşınlarına doldurub zorla deportasiya elədilər. Rus əsgərləri deyirdilər ki, artıq getməlisiniz, sizin burada qalmağınız mümkün deyil. Camaat Çəmbərək rayonu ərazisindən Gədəbəy rayonuna gəldilər və ordan da Azərbaycanın müxtəlif bölgələrinə səpələndilər. Biz yalnız vacib olan sənədləri, əşyaları götürə bildik. Anam quyudan kartofumuzu çıxaranda erməni haxçığı əlindən aldı. Ermənilər azərbaycanlıların qaz və hind toyuğunu 50 qəpiyə  alırdılar. İmkan vermədi ki, özümüzlə 2-3 günlük ərzaq götürək”.

Bizim kəndimizdə gözəl yerlər, məkanlar var idi. Gözəl adlarla, tarixi adlarla həqiqətən bilinirdi ki, bu kənddə oğuz türkləri yaşayıb, türklər yaşayıb. Onların ermənilərə heç bir adiyyəti yox idi.

M.Qələndərli deyib ki, 1897-ci ildə də ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər: “Qaraqoyunlu camaatı 1897-ci ildə məcburən Türkiyənin Amasiya, Merzifon, Tokat vilayətlərinə qaçıb. Babamgil 6 qardaş olub və erməni vəhşiliklərinə görə məcbur Türkiyəyə sığınıblar. Qaraqoyunlu dərəsindən gedənlər indi Türkiyədə xəngəl şənliyi keçirilər”.

Əmirxeyir kənd akini atasının Vətən həsrətinə dözə bilmədi üçün dünyasını dəyişdiyini, 35 il keçməsinə baxmayaraq kəndə qayıtmaq üçün canfəşanlıq göstərdiklərini söyləyib: “Biz Qaraqoyunlu dərəsinə qayıtmaq uğrunda mübarizəyə qoşulmuşuq. Doğma torpağa qayıtmaq uğrunda axıra qədər mübarizə aparacağıq. Dədə-babalarımızın qəbirləri olan yerə mütləq qayıdacağıq. Bizim kənddə dədə-babalarımızın qəbirləri qalıb və bizim ora qayıtmağımız mütləqdir. İnanıram ki, tez bir vaxta Əmirxeyir kəndinə qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO