Siyasi 13.06.2025 22:36

“Hələ 1977-ci ildə marşal Bağramyan demişdi ki, türkləri qovacağıq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Atamgil Stalin-Mikoyan sövdələşməsinin qurbanı olub” adlı veriliş əslən Dərələyəz mahalının, Keşişkənd rayonunun Sallı kəndindən olan Afaq Mustafayevanın həyat hekayəsinə həsr olunub.

O, 1980-ci ildə Bakıda anadan olsa da, ata və babalarının Qərbi Azərbaycanda doğulduğunu, onların doğma yurdda çox gözəl günlər keçirdiklərini deyib: “Biz görmədiyimiz Vətənin həsrəti ilə böyümüşük. Atam bizə Sallını yazılarında, şeirlərində, gündəlik söhbətlərində tanıdıb, sevdirib. Babam fitri istedada sahib el sənətkarı olub. Onun ustadı Aşıq Cəlilin övladları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib,  iki qızı əsir götürülüb və onların sonrakı taleyi məlum olmayıb. Atam danışırdı ki, 1937-ci il repressiya bəlaları onlardan yan keçməyib. Stalin-Mikoyan-Daşnak Partiyasının sövdələşməsi nəticəsində 1949-cu ildə “könüllü köçkünlər” adı altında camaatı öz yurdundan didərgin salıblar. Xəstə, qoca, uşaq bir vaqonda zorla Səlyana gətirilib. 1957-ci ildə insanlar yenidən Dərələyəzə qayıdanda ermənilərin zəbt etdiyi doğma evlərinə yox, ikimərtəbəli köhnə evlərdə həyatlarına davam ediblər”.

Onun sözlərinə görə, babası, nənəsi 3 dəfə – 1905, 1918, 1949-cu illərdə  erməni vəhşiliyinin canlı şahidi olub, ailə üzvləri, qohumları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: “Həlimə nənə həmişə yana-yana danışardı ki, insanları tövlələrə dolduraraq, məscidlərə yığaraq od vurub yandırardılar. Ermənilər pəncərənin yanında tüfənglə gözləyərdilər ki, kimsə qaçsa, onu vurub öldürsünlər. İnsanları ot tayalarının içinə ataraq yandırırdılar ki, onların odu daha çox olsun və insan yanığının iyi bütün ətrafı bürüyürdü. Hətta bu kənddən digər kəndə gedirdi. Qadınları çılpaq vəziyyətdə oynamağa, rəqs etməyə məcbur edir, imtina edənləri güllə ilə vurub öldürürdülər”.

Sallı kənd sakini bildirib ki, atamgil 1977-ci ildə Xaçmaz rayonunun Arzu kəndinə köçüblər: “Əmilərim, biblərim Quba-Xaçmaz zonasında yerləşiblər. 1988-ci ildə, sonuncu qaçqınlıq dövründə orada təkcə böyük bibim qalmışdı, çıxmaq istəmirdi. Günlərin birində onları evdən çıxmağa məcbur ediblər. Bibimi o qədər tələsik çıxarıblar ki, hətta qapı itini zəncirdən açmağa imkan verməyiblər”.

“Vətən qurbətdə, həsrəti ürəklərdə qalıb” deyən A.Mustafayeva vurğulayıb ki, ən böyük arzum gedib ata yurdumu görmək, babamın ocağını ziyarət etməkdir: “İnşallah, atamın əmanət verdiyi mis qazanlarda Sallıdakı ocaqda su qaynadacam”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 13-də saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO