Siyasi 26.12.2019 21:00

ATƏT DTİHB Azərbaycana 380 müşahidəçi göndərir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) fevralın 9-da növbədənkənar parlament seçkiləri ilə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını yayıb.

Rakus.az xəbər verir ki, hesabatda Azərbaycanda seçkiqabağı mühiti və qarşıdakı seçkilərə hazırlıq prosesini qiymətləndirmək üçün ATƏT/DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyası  üzvlərinin dekabrın 19-21-də Azərbaycanda səfərdə olduqları bildirilib.

DHTİB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasına ali seçki məsləhətçisi Aleksey Qromov və seçki məsləhətçisi Radivoje Qrujiç daxildir.

Həmçinin ATƏT Parlament Assambleyasının proqram və inzibatçı direktoru Tim Knoblau da prosesdə iştirak edib.

Məqsəd ölkədə seçkiqabağı mühiti və seçkilərə hazırlığı qiymətləndirmək olub. Bu dəyərləndirmə əsasında DTİHB qarşıdan gələn seçkilərdə fəaliyyətlə bağlı qərar verir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bildirir ki, DTİHB-nin daha öncəki tövsiyələri ilə əlaqədar seçki qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Buraya sərbəst toplaşma azadlığının təminatı, seçki administrasiyasının tərəfsizliyi, namizədlərin qeydiyyatı, media mühiti, seçki günü prosedurları məsələləri daxildir. Hakimiyyət isə açıqlıq, şəffaflıq və ədalət prinsiplərinə uyğun olaraq seçki keçirməyə sadiqliyini vurğulayıb.

ATƏT missiyasının müsahibləri namizədlərin qeydiyyat prosesində tərəfsizliyin qorunmasından, özəlliklə imzaların təsdiqlənməsi prosedurundan narahatlıq ifadə ediblər.

Onların fikirlərinə görə, Konstitusiyada nəzərdə tutulmağına baxmayaraq, fundamental sərbəst toplaşma və ifadə azadlıqları kəskin şəkildə məhdudlaşdırılır, hökumətlə bağlı tənqidi fikir səsləndirənlər sistematik qısnama və cinayət təqibinə məruz qalır.

Hesabatda ifadə və media azadlığının, informasiyaya çıxışın Konstitusiyada nəzərdə tutulmasına baxmayaraq, defamasiyaya görə cəzanın qüvvədə qaldığını, bunun artıq onlayn kontentə də aid edildiyi vurğulanır. Televiziya siyasi informasiyanın əsas mənbəyidir, bu məqsədlə sosial media və internetdən istifadə də artır.

ADTİHB növbədənkənar parlament seçkiləri ilə bağlı ölkəyə Seçkini Müşahidə Missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO